NATO-nun baş katibi Mark Rutte Rusiyanın Alyansa, xüsusən də Baltikyanı ölkələrə qarşı nüvə silahından istifadə etməsi təhlükəsinin real olduğuna inanmır. NATO rəhbəri vurğulayıb ki, Kremlin nüvə təhdidləri Ukraynadakı müharibənin Putin üçün pis getməsi səbəbindən baş verir. Bu barədə Euronews məlumat verib.Rutte Rusiyanın NATO ölkələrinə, xüsusən də Baltikyanı ölkələrə qarşı nüvə silahından istifadə etməsi təhlükəsinin real olub-olmadığı sualına cavab olaraq "Xeyr, bu doğru deyil", - deyə cavab verib. O bildirib ki, Rusiya prezidenti Vladimir Putin NATO-nu məğlub edə bilməyəcəyini başa düşür.Eyni zamanda, Rutte vurğulayıb ki, NATO Moskvanın bu cür açıqlamalarına cavab verməli və hər kəsə Alyansın müdafiə ittifaqı olduğunu xatırlatmalıdır. "Nüvə təhdidlərini dayandırın - onlar tamamilə yersiz və faydasızdır. Və ən əsası, Ukraynadakı müharibəni dayandırın, bu, təxribatsız təcavüz müharibəsidir", - deyə o, Rusiyaya bildirib.NATO-nun baş katibi əmin edib ki, hazırda Rusiyadan Alyansın ərazisinə heç bir təcili təhlükə yoxdur. "Biz buna hazırlaşmışıq, hər şeyi planlaşdırmışıq və bu, bütün NATO-ya aiddir. Biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik. Belə bir təhlükə yoxdur və əgər bir şey baş verərsə, biz buna qarşı çıxmağa hazırıq", - deyə o əlavə edib.Rutte müttəfiqləri sakit olmağa, Ukraynaya dəstəyi davam etdirməyə və həmçinin müdafiə investisiyalarını artırmağa çağırıb. Alyans lideri xatırladıb ki, Rusiya hər ay cəbhə xəttində təxminən 43.000 əsgər itirir, ya öldürülür, ya da ağır yaralanır. Lakin Rutte əmindir ki, Ukrayna bir il əvvəlkindən daha yaxşı nəticələr göstərir, tərəfdaşları isə Kiyevə hərbi dəstək verməyə davam edir. "Lazım gələrsə, əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Amma ən əsası, bu, Ukraynadakı müharibənin Putin üçün pis getməsi səbəbindən baş verir. O, bizi bölmək istəyir. O, istəyir ki, biz Ukraynadan yayınaq", - deyə NATO-nun baş katibi izah edib.Daha əvvəl NATO-nun sözçüsü Allison Hart Rusiyanın Kalininqrad bölgəsi ilə bağlı Alyansa verdiyi xəbərdarlıqları rədd etmiş və Rusiyanın təhdidlərini "məsuliyyətsiz nüvə ritorikası" adlandırmışdı.Xatırladaq ki, NATO-nun baş katibi Mark Rutte Alyansın Rusiyanın hibrid hücumlarına cavab vermək üçün lazımi vasitələrə malik olduğunu vurğulayıb. O əlavə edib ki, cavablar mütləq açıq və ya açıq olmayacaq.
VƏLİ