Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi xalqımızın Zəfər tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm addım oldu. Həmin Sərəncama əsasən, hər il 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir.
2024-cü ilin oktyabrında Cəbrayıl şəhərində yeni yaşayış kompleksinin ilk mərhələsinin istifadəyə verilməsi Böyük Qayıdışın şəhər mərhələsində mühüm hadisələrdən biri oldu. Kompleksdə çoxmənzilli yaşayış binaları ilə yanaşı sosial-məişət obyektləri, uşaq və idman meydançaları, istirahət guşələri və digər zəruri infrastruktur yaradılıb. Birinci yaşayış məhəlləsində 33 bina və 712 mənzilin inşası nəzərdə tutulub. Cəbrayılın azadlığının ən böyük mənəvi nəticəsi illərlə doğma yurd həsrəti çəkən insanların geri qayıtmasıdır. 2026-cı ildə Böyük Qayıdış Cəbrayıl rayonunda daha geniş miqyas alıb. Mayın 9-da Şükürbəyli kəndinin açılışı keçirilib və sakinlərin doğma kəndlərinə köçü təmin olunub. Prezident İlham Əliyev Şükürbəyli sakinləri ilə görüşündə kənddə müasir yaşayış, təhsil, səhiyyə və sosial infrastrukturun yaradıldığını vurğulayıb. Şükürbəyliyə qayıdan keçmiş məcburi köçkünlərin sevincinin sözlə ifadə edilməsi çətindir. Onların doğma torpağa qayıdışı təkcə bir ailənin yaşayış ünvanının dəyişməsi deyil, illərlə davam edən yurd həsrətinin sona çatmasıdır. 2026-cı ilin iyulunda Şükürbəyli kəndinə daha 46 ailənin – 223 nəfərin köçürülməsi də Böyük Qayıdışın davamlı xarakter daşıdığını göstərdi. Horovlu kəndində isə birinci mərhələnin açılışı 2025-ci ilin oktyabrında baş tutub və sakinlərə mənzillərin açarları təqdim edilib. Cəbrayıl rayonunda digər yaşayış məntəqələrinin də mərhələli şəkildə bərpası və sakinlərin köçürülməsi davam edir. Soltanlı kəndində də tikinti işləri davam etdirilir və 2026-cı ilin sonunadək ilk sakinlərin köçürülməsinin planlaşdırıldığı açıqlanıb. Beləliklə, “Böyük Qayıdış” artıq yalnız gələcəyə hesablanmış proqram deyil, Cəbrayılın kənd və şəhərlərində gündəlik həyatın bir hissəsinə çevrilən real prosesdir. Cəbrayılın bugünkü mənzərəsi Azərbaycan dövlətinin qarşısında duran böyük vəzifənin necə ardıcıl şəkildə həyata keçirildiyini göstərir. 2020-ci ildə Azərbaycan Ordusu Cəbrayılı işğaldan azad etdi. Sonrakı mərhələdə minalardan təmizləmə, yolların çəkilməsi, enerji və kommunal infrastrukturun qurulması, şəhər və kəndlərin baş planlarının hazırlanması, yaşayış komplekslərinin inşası həyata keçirildi. Bu gün isə artıq Cəbrayılda yeni mərhələ yaşanır – insanlar doğma yurdlarına qayıdır, uşaqlar məktəbə gedir, yeni müəssisələr yaradılır, enerji layihələri həyata keçirilir və iqtisadi həyat canlanır. Bu baxımdan Cəbrayılın dirçəlişi Azərbaycanın Zəfərinin yalnız hərbi nəticə ilə məhdudlaşmadığını nümayiş etdirən mühüm nümunədir.
1. 16 noyabr 2020-ci il — Zəfərdən sonra ilk səfər
Cəbrayılın işğaldan azad edilməsindən 43 gün sonra Prezident İlham Əliyev rayona səfər etdi. Dövlət başçısı:
Bu səfər Cəbrayılın azadlığının siyasi və mənəvi baxımdan təsdiqləndiyi tarixi hadisələrdən biri oldu.
2. 14 fevral 2021-ci il
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Soltanlı kəndində işğaldan azad edilmiş torpaqlarda əkinlərlə bağlı görülən işlərlə tanış oldu.
3. 26 aprel 2021-ci il
Dövlət başçısı Cəbrayıl rayonunun girişində bərpadan sonra “Cəbrayıla xoş gəlmişsiniz!” yazılmış lövhəyə baxdı və Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edərək hərbi qulluqçularla görüşdü.
4. 4 oktyabr 2021-ci il — Cəbrayılın azad edilməsinin birinci ildönümü
Prezident İlham Əliyev Cəbrayıla səfəri zamanı:
5. 19 oktyabr 2022-ci il
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda oldular. Səfər zamanı:
6. 4 may 2023-cü il
Prezident Cəbrayıla səfər edərək:
7. 28 sentyabr 2023-cü il
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inzibati binanın təməlini qoydu. Həmçinin Cəbrayıl Yaşayış Kompleksində tikinti işlərinin gedişi ilə tanış oldu və “Azərişıq”ın Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etdi.
8. 18–19 may 2024-cü il
Prezident İlham Əliyev Cəbrayıl rayonunda:
təməllərini qoydu.
19 mayda isə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışında iştirak etdi.
9. 3–4 oktyabr 2024-cü il
Cəbrayılın azad edilməsinin ildönümü ərəfəsində Prezident İlham Əliyev rayonda genişmiqyaslı layihələrin açılış və təməlqoyma mərasimlərində iştirak etdi:
10. 28 oktyabr 2025-ci il
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etdi və kənd sakinlərinə mənzillərinin açarlarını təqdim etdi. Həmçinin Cəbrayıl şəhər məscidinin, ikinci və üçüncü yaşayış komplekslərinin təməlqoyma mərasimlərində iştirak etdi; “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu.
11. 9 may 2026-cı il — sonuncu rəsmi səfər
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak etdi, kənd sakinləri ilə görüşdü və fərdi evlərdə yaradılmış şəraitlə tanış oldu.
Səfər çərçivəsində:
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü