Siyasət

  • 1 164

Moskva görüşü irəliyə doğru daha bir addım oldu ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev may ayının 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında qonaq qismində iştirak edib. Ali Avrasiya İqtisadi Şurasının iclasını Rusiya Prezidenti Vladimir Putin açaraq demişdir ki, “Mənim üçün qeyd etmək xoşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyev bu günkü iclasda ilk dəfədir ki, qonaq qismində iştirak edir. Mən onu və Azərbaycan heyətini salamlamaq istərdim”Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında iştirak edən təşkilata üzv dövlətlərin başçıları çıxış etdilər. Sonra söz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə verildi. Yığıncaqda çıxış edən Azərbaycan Prezidenti iclas iştirakçılarını salamladıqdan sonra Sammitə qonaq qismində dəvət edildiyi üçün Rusiya Prezidenti Vladimir Putinə təşəkkür etdi. Çıxışı zamanı cənab Prezident Azərbaycanla-Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması üçün ciddi imkanlar olduğunu qeyd erdi. Cənab Prezident daha sonra ötən ildə və cari ilin əvvəllərində Ali Avrasiya İqtisadi birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı, əmtəə dövriyyəsinin artımı, nəqliyyat-logistika infrastrukturunun genişlənməsi, yükdaşımaların xüsusi çəkisinin artdığını, qarşılıqlı etimadın yüksələn xətlə inkişafı barədə ətraflı məlumat verdi.

Cənab Prezident Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi sahəsinə toxunaraq qeyd etdi ki, bu məsələ ölkəmizdə öz uğurlu həllini tapmışdır. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfədən çox artmış, yoxsulluğun səviyyəsi təxminən 5%-ə enmiş, xarici borc ÜDM-nin 9%-dən aşağı düşmüş, ölkənin valyuta ehtiyyatları xarici borcu 10 dəfə üstələyir, işsizlik səviyyəsi 5%-ə enmiş, yeni iş yerlərinin yaradılmnası üzrə işlər yüksələn xətlə davam edir.Sammitin gedişində Ermənistanın baş naziri Nikol Paşinyan yersiz replika ataraq, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda təkcə bir dəhliz haqqında söhbət getdiyini vurğulayaraq, Laçın dəhlizinin qanunsuz bloklandığını qeyd etdi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məntiqli və tutarlı faktlarla Paşinyanın replikasına cavab verdi.Sammitdə çıxışı zamanı cənab İlham Əliyev fürsətdən istifadə edərək Azərbaycanla Ermmənistan arasında münasibətlərin tənzimlənməsi işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığını bildirmiş, keçiriləcək üçtərəfli görüşdə Vladimir Putinin də iştirakına görə ona təşəkkür etmiş, vurğulanmışdır ki, “Fikrimcə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki bu başlıca amil idi ki, biz razılığa gələ bilmirdik.” Cənab Prezident çıxışının sonunda qeyd etmişdir ki, “ bir daha ümid edirəm ki, bu gün biz üçtərəfli formatda da iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım atacağıq.”Keçirilən üçtərəfli görüş Azərbaycan tərəfinin siyasi və diplomatik üstünlüyü ilə keçdi və ölkəmizin haqq işi uğrunda mübarizəsinin tezliklə müsbət həllinə nail olunacağına əsaslı ümidlər yaratdı.

Nazim Bünyatov,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər