Siyasət

  • 6 442

Dalana dirənmiş xunta, çoxşaxəli "qucaq" siyasəti ŞƏRH

image

Azərbaycan Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni vətəndaşları üçün humanitar yardım göndərir və humanitar yük günlər keçməsinə baxmayaraq, Ağdam-Əsgəran yoluna gözləyir, Azərbaycan yeni tədris ilinə uyğun olaraq hərbi təlimlərə başlayır və Ermənistan buna Azərbaycan-Ermənistan sərhəddinə qoşun cəmləşdirərək cavab verir, Azərbaycan mümkün bütün sülh mexanizmlərindən istifadə edir ki, məsələ diplomatik çərçivədə həll edilsin, Ermənistan Naxçıvan, Zəngəzur və Qarabağ istiqamətində atəşkəsi pozur. Bütün bu baş verənləri nəzərə alanda Ermənistanın elədiklırinin məntiqi nəticəsini düşünmədən etdiyini və ya Paşinyan hakimiyyətinin son konturlarını istifadə etdiyini görə bilərik. Bəli, Paşinyan Ermənistanın qədim siyasi ənənələrindən olan çox qucaqlı siyasətin qurbanlarından olmaq yolunda irəliləyir. Məsələləri analiz edəndə iki məqsəd xüsusilə Ermənistanın siyasi gedişlərində öz təzahürünü göstərir.

Birincisi Azərbaycan Ağdam-Xankəndi yolunun aktiv istifadə edilməsi və humanitar yardımların da bu yolla aparılması istəyi Ermənistanda və onun Xankəndidə yerləşən əlaltılarının əsas narahatlıq səbəbinə çevrilib. Çünki Qarabağın ən strateji yolu hətta dəhlizi və ya giriş qapısı olan Ağdam-Əsgəran-Xankəndi yolu bölgədə nəzarət üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz Ağdam-Xankəndi yoluna nəzarət edən tərəf bütün Qarabağın nəzarət mexanizmini əlində saxlaya bilər. Bu yolun aktiv istifadə edilməsi Azərbaycan tərəfi üçün de-fakto separatçı rejimin məhv edilməsi deməkdir. Bu "azadlığı" verməmək və Qarabağdakı erməni əhali üzərində hakimiyyətini qorumaq üçün separatçı rejim yolun istifadə edilməsində maneə törətməyə çalışır. nİkinci əsas məqam və məqsəd bölgədə Ermənistan vasitəsilə Amerikanın peyda olmasıdır. Bəli, bilindiyi kimi, Ermənistan-Amerika münasibətləri Rusiyanın da təsiri ilə daim müəyyən çərçivədə və hərbi xarakter daşımamaqla olub tarixində ilk dəfə bu münasibətlər birgə hərbi təlim etmək səviyyəsinə çatıb. Təbii ki, Ermənistan bilavasitə Paşinyanın qərbə meyilli davranışlar sərgiləməsi onun ən yaxın tərəfdaşı və mən, hətta deyərdim varlıq səbəbi olan Rusiyanı qıcıqlandırır. Paşinyanın müxtəlif bəhanələrlə KTMK və Rusiyadan fürsət düşdükcə şikayətlər eləməsi Ermənistan KİV-lərində KTMK-dan çıxmaq üçün çağırışlar edilməsi yekun məqsədin nə olduğunu göstərir.

Bütün bu baş verənləri nəzərə alanda Ermənistan iki tərəfli qumar oynayır deyə bilərik. Bəli Ermənistan öz varlığı ilə qumar oynayır, lakin Ermənistanı arxayın edən isə tarixi Ermənistan siyasəti olan çoxqucaqlılıq siyasətidir. Ermənistan əmindir ki, bütün hallarda Azərbaycan qarşısında onun arxasında olanlar olacaq. Demək olar ki, son günlərdə Prezident İlham Əliyevə gələn zənglərə nəzər salanda mütləq əksəriyyəti Ermənistan-Azərbaycan baş verənlərlə bağlı olduğunu və zənglərin xahiş, minnət zəngləri olduğunu görürük. Baş verənlərin və verə biləcəklərin fonunda bütün dünya liderləri yaxşı bilirlər ki, Azərbaycan bir qarış torpağını, bir addım sərhəddini güzəştə getməyəcək. Dünya Prezident İlham Əliyevin sözünün üstündə durduğunu da gözəl bilir, məhz ehtiyatlı davranış, xoş danışıq, xahiş dolu məktublarda bunun faktiki göstəricisidir. Əminliklə deyə bilərəm ki, müşahidələrim bunu deməyə imkan veririk ki, Azərbaycan ordusu istənilən hərbi toqquşmada Ermənistanı regionda silə bilər. Ermənistan və ermənilər bunu bilməlidir ki, Prezident İlham Əliyevin varlığı bölgədə sülhün və təhlükəsizliyin tək təminatçısıdır!

Ramin Bəhmənli

YAP Ağdam rayon təşkilatının fəalı

Digər xəbərlər