Siyasət

  • 1 274

Vardanyanın ağlamasından Əli Kərimli və Tofiq Yaqublu da kövrəliblər ANALİZ

image

Bu gün gözümüzün önündə möhtəşəm tarix yaşanır. Xankəndidə kök salmış separatçı rejimin separatçı “prezidenti” Samvel Şahramanyanın imzaladığı qərarla qondarma rejimin bütün orqanlarının buraxıldığı qeyd olunur. Bundan sonra Qarabağda yaşayan erməni əhalisinin hər bir nümayəndəsi şəxsən qərar verəcək ki, Azərbaycanın reinteqrasiya təkliflərini qəbul edib, Azərbaycanda yaşayacaq, yoxsa Qarabağı tərk edəcək. Artıq 30 il işğal altında olmuş torpaqlarımız bu gün öz sahibinin nəzarəti altındadır. Xankəndi, Ağdərə, Xocavənd, Xocalı və digər şəhər və kəndlərimiz rahat nəfəs almaqdadır. Yaxın vaxtlarda isə o torpaqlara insanların axını baş verəcək və yenidən normal həyatını bərpa etməklə özünün inkişafını davam etdirəcək. Bu şərəfli və qürurverici tarixi anları yaşadığımız bir məqamda bəzi yerli və xarici qüvvələr təxribatçı mövqe sərgiləyir, dünya ictimaiyyətini çaşdırmağa yönələn açıqlamalar verir, sosial şəbəkələrdə statuslar paylaşırlar.

Soros pullarını mənasız yerə Əli Kərimliyə, Cəmil Həsənliyə və Tofiq Yaqublu kimilərə verməz

Haradasa xarici məkrli qüvvələrin Azərbaycanın parlaq qələbəsini həzm edə bilməmələri başa düşüləndir. Çünki onlar birbaşa erməni maraqlarından çıxış edən və daim ermənilərə hərbi, siyasi dəstək göstərən dairələr olublar. Bu gün də öz xislətlərinə uyğun fəaliyyətlərini davam etdirirlər. Lakin dağıdıcı müxalifət funksionerlərinin və onların qazanlarının dibini yalayan trolların fəaliyyətləri anlaşılan deyil. Şübhələr, həm də ehtimallar yaradır ki, bu müxalif məxluqlar birbaşa erməni lobbisindən sifarişlər alırlar. Bu şübhələri gücləndirən başlıca məqam “Milli Şura”nın sədri Cəmil Həsənlinin müsahibələrinin birində “hər ay Soros fondundan 200 ABŞ dollar məvacib almışam” deyə bildirməsidir. Söz yox ki, C.Soros nə dəli, nə də ki, gic deyil. Deyilənə görə, qırmızı turp kimidir, yerə vursan yer dağılar. Bu baxımdan, pullarını mənasız yerə Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu kimilərə paylamaz. Deməli, səbəb var: “Əl əli yuyar, əl də üzü yuyar” məsəlinə uyğun olaraq hər iki tərəf bir-birindən mənfəət əldə etməyə çalışırlar. Sorosun məkrli niyyəti Azərbaycanda gərginlik yaratmaqdır. Dağıdıcı müxaliflərin isə istəkləri pul qazanmaqdır. Tərəflərin əməkdaşlığı da bir-birinin maraqlarını təmin etməyə hesablanıb. Fikir verin, dağıdıcı müxalif partiya funksionerləri açıq şəkildə parlaq qələbə münasibəti ilə xoşməramlı açıqlamalar vermirlər. Sadəcə, ümumi fikirlərlə işlərini bitmiş hesab edirlər. Hətta bu məqamda da iynəli ifadələrini səsləndirməkdən çəkinmirlər. Məsələn, AXCP sədri Əli Kərimli və digərləri guya əvvəlcədən deyiblər ki, Qarabağdakı separatçı ordunun tərksilaha razı olmasından sonra qondarma qurumun da özünü buraxması onların əsas tələblərindən olub: “Qondarma qurumun buraxılması erməni separatizminə ağır zərbədir və onu sona yaxınlaşdırır. İndi Azərbaycan dövlətinin əsas hədəfi Rusiya ordusunun da Qarabağdan çıxmasına nail olmaq olmalıdır”.

Sabah dağıdıcı müxalifət Vardanyanı müdafiə etmək istəklərini ifadə etsələr, təəccüblü görünməz

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə Ruben Vardanyanın qollarının qandallanmasından narahtlığını ifadə edir: “Sarsaq "Artsax" rejimi yanvarın birindən özünü buraxdığını bildirib. Xankəndinə Azərbaycan Ordusu daxil olub. Tamaşaçıların çoxsaylı istəkləri üzərinə Ruben Vardanyanın başını əyib qollarını da burdular))) (Hərçənd buna ehtiyac yox idi)”. Milli Şuranın üzvü Tofiq Yaqublu isə Vardanyanın başıaşağı cəmiyyətə təqdim edilməsinin düzgün olmadığını sayıqlayır. Lakin Ə.Kərimli və digər trollar hələ də başa düşmürlər ki, biz hansı qəddar, qaniçən toplumla üz-üzə olmuşuq. Anlamırlar ki, məhz ruben vardanyanlar, arayiklər, balasanyanlar, koçaryanlar, sarkisyanlar azərbaycanlılara qarşı dünya miqyasında görünməyən vəhşiliklər, soyqırımı aktları həyata keçiriblər. Yüzlərlə evləri dağıdıblar, mədəniyyət nümunələrini məhv ediblər, məscidlərimizdə heyvanlar saxlayıblar. Bu baxımdan, erməni terrorçularına hansı ağır cəza verilsə, yenə də azdır. Heç bir dəhşətli işgəncə müxtəlif yaş qruplarında övladları şəhid edilən analar üçün təsəlli ola bilməz. Bununla belə terrorçuya münasibət sərt olmalıdır. Vardanyanın başını aşağı əydirib, qolları bağlı halda dəmir barmaqlıqlar arxasına atılırsa bundan Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, Əli Kərimli niyə duyğulanırlar? Qohumluqlar var, yoxsa eyni soy-kökdən gəliblər? Bəlkə əməkdaşlıq münasibətlərinə malikdirlər? Sonuncu versiya daha inandırıcıdır. Çünki erməni lobbisinin əsas iştirakçılarından olan Vardanyan ümumi erməni mərkəzinə pullar ayırıb ki, həmin pullardan da kərimlilərin, həsənlilərin bəhrələndikləri şübhə doğurmur. Yəqin ki, Vardanyanın ağlamasından ermənilər kimi Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, Əli Kərimli və digərləri də kövrəliblər. Lakin kövrəlmək azdır, yaxın vaxtlarda Vardanyan məhkəmə qarşısına çıxarılaraq ən ağır cəza alanda evlərinin zirzəmisində için-için ağlayacaqlar.

İ.ƏLİYEV

Digər xəbərlər