PDF Oxu

Siyasət

  • 601

Bizim şanlı zəfərimizdən sonrakı fəaliyyətimiz ərazi bütövlüyümüzü tam bərpasına yönəldilmişdir - ŞƏRH

image

Yeni Azərbaycan Partiyasının 02 oktyabr 2026-cı il tarixində keçirilmiş VIII Qurultayında söylədiyi nitqi zamanı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayını ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olaraq qiymətləndirmiş, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıdığını, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olduğunu vurğulamışdır. O bildirmişdir ki,YAP müxalifət partiyası olaraq yaransa da 30 ildən çoxdur ki, iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəaliyyətinin çox böyük payı və böyük töhfəsi vardır.
Əlbətdə ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan bir partiyadır. O vaxt ki, iqtidarın yarıtmaz fəaliyyəti müstəqilliyini yenicə elan etmiş dövlətimizin dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuş,ərazilərimizin böyük bir hissəsi artıq itirilmiş,
Ölkə daxilində xaos, hərcmərclik bir yana vətəndaş müharibəsi başlanmışdır. Məhz Yeni Azərbaycan Partiyası xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi məfkurəsi ətrafında birləşərək yarandı və qısa müddətdə xalqımızı və dövlətimizi düçar edildiyi bəlalardan xilas edə bildi. Bu gün böyük fəxrlə deyə bilərik ki, qüdrətli Azərbaycan dövlətimiz var və onunla hər kəs hesablaşmaq məcburiyyətindədir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultayda proqram xarakterli nitqində Partiyamızın keçdiyi tarixi yola nəzər salmaqla yanaşı qarşıda duran vəzifələr müəyyənləşdirildi.
Partiyamızın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyev bildirmişdir “Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi. Biz bir gün belə ara vermədik, bu şərəfli missiyamızın həyata keçirilməsində biz bir gün də istirahət etmədik. Nəticə etibarilə İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində biz bir neçə cəbhədə fəaliyyət göstərmişik. Həm siyasi müstəvidə ki, bizə qarşı olan ermənipərəst ölkələr öz çirkin əməllərinə nail olmasınlar,beynəlxalq təşkilatlarda çox ciddi beynəlxalq maarifləndirmə kampaniyası aparmışdıq və torpaqda. Həm Qarabağ bölgəsində öz strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırdıq və bir neçə uğurlu hərbi əməliyyat keçirilmişdir. Bu əməliyyatlar çox qısamüddətli idi, belə də olmalı idi, sadəcə olaraq, 20 Sentyabrı şərtləndirmək və az itkilərlə istədiyimizə nail olmaq üçün lazımi addımlar atılmışdır. O cümlədən Azərbaycan– Ermənistan şərti sərhədində gedən proseslər də faktiki olaraq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam tanıması üçün əsas zəmin yaratdı. Bunun nəticəsində 2022-ci ilin oktyabrında Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıdı və beləliklə, özü bəlkə də bilməyərək etiraf etdi ki, o vaxt Qarabağda yerləşən erməni silahlı birləşmələri işğalçı qüvvələrdir. Ondan sonra o bölgəni tam nəzarətə götürmək, qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək və tərk-silah etmək üçün artıq hüquqi zəmin daha da möhkəmləndi. Halbuki bu, həmişə var idi. Bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı. Ancaq biz hamımız onu da bilirik ki, sözdə bir şey deyilir, amma arxa qapılar arasında başqa şeylər edilir. Ona görə biz bu riyakarlıqla 30 il üz-üzə qalmışdıq, amma bu riyakarlığa Azərbaycan əsgərinin yumruğu son qoymuşdur”.
Yaxşı xatırlayırıq ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Qələbəmizə kölgə salmaq istəyən məkirli qüvvələr “yarımçıq qələbə”, “Rusiyanın yenidən Azərbaycana qaytarılması” kimi fikirlər səsləndirir, xalqımızda Qələbə ovqatını söndürməyə çalışırdılar. Cənab Prezidentin yuxarıda söylədiyi fikirlər bir daha təsdiq edir ki, 44 günlük Vətən müharibəsi ərazi bötövlüyümüzün təmin edilməsinə, bir günlük lokal antiterror əməliyyatı isə dövlət suverenliyimizin tam şəkildə bərpası üçün gərək edir və bu da olduqca zərgər dəqiqliyi ilə hesablanmış növbəti hərbi və diplomatik gediş nəticəsində reallaşdırıldı.
Ölkə rəhbərinin apardığı uğurlu daxili və xarici siyasət sayəsində ermənilər tərəfindən viranəyə çevrilmiş Qarabağ və Şərqi Zəngəzur müasir dövrün tələblərinə uyğun olaraq bərpa edilir və yenidən qurulur. Aparılmış uğurlu siyasət öz bəhrələrini verir. Keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə doğma yurd yerlərinə qaytarılır, yeni –yeni yaşayış məntəqələri inşa edilir, iş yerləri açılır, iqtisadi imkanlarımız davamlı olaraq genişlənir. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Azərbaycanın daha da qüdrətli dövlətə çevriləcəyinə, xalqımızın maddi rifah halının daha da yaxşılaşacağına tamamilə əminik.
Yaşasın müasir, müstəqil Azərbaycan!
Var olsun xalqımıza möhtəşəm Qələbəni qazandıran Liderimiz!
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri

Digər xəbərlər