PDF Oxu

Siyasət

  • 634

Tovuzda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə görüş keçirilib - FOTOLAR

image

5 Oktyabr – Müəllimlər Günü münasibətilə keçirilən görüş Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının inzibati binasında baş tutub.

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə Təhsil Sektorunun müdiri Aysel Quliyeva, şəhid və qazi ailələrinin üzvləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov iştirakçıları salamlayaraq müəllimlik peşəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb. O, Ulu Öndər Heydər Əliyevin “Mən müəllimdən yüksək ad tanımıram” fikrini xatırladaraq müəllim əməyinin hər zaman yüksək qiymətləndirildiyini vurğulayıb.

Nihad Pənahov Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında təhsil sahəsi ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib. Qeyd olunub ki, dövlət başçısının təhsilə göstərdiyi xüsusi diqqət və qayğı, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirilən təşəbbüslərə dəstəyi, yeni məktəblərin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və müəllimlərin əməkhaqlarının artırılması dövlətimizin təhsil sahəsinə verdiyi yüksək dəyərin bariz nümunəsidir.

Çıxış zamanı müəllimlərin cəmiyyətin formalaşmasında, savadlı və vətənpərvər gənc nəslin yetişdirilməsində, şagirdlərin təhsil və tərbiyəsində mühüm rol oynadığı diqqətə çatdırılıb.

Daha sonra çıxış edən Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə Təhsil Sektorunun müdiri Aysel Quliyeva müəllimləri peşə bayramı münasibətilə ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, müəllimlərin yüksək peşəkarlıq və böyük əzmlə savadlı, vətənpərvər və layiqli gələcək nəslin yetişdirilməsinə verdikləri töhfəni xüsusi vurğulayıb.

Çıxış edən şəhid ailələrinin üzvləri Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolundan, onların göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan söz açıblar. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə partiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçılarına təşkilatçılar tərəfindən gül buketləri təqdim olunub və xatirə şəkilləri çəkilib.

Digər xəbərlər