Şəmkir rayonunda “2023-cü il Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Şəmkir rayonunda “Heydər Əliyev İli” çərçivəsində 21 noyabr 2023-cü il tarixdə YAP Şəmkir rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.Ağacəkmə aksiyasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak etdi. İlk növbədə Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.Daha sonra rayonda təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün aksiya iştirakçıları tərəfindən şəhər ərazisində yerləşən Şəhidlər xiyabanında müxtəlif növ ağaclar əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib və təşkilatın fəalları əkilən ağacları suvarıblar.