PDF Oxu

Siyasət

  • 1 046

“Dövlət xidmətlərinin gələcəyi süni intellektlə bağlıdır” -ZAHİD ORUC

“Dövlət xidmətlərinin gələcəyi süni intellektlə bağlıdır” -ZAHİD ORUC

Dövlət xidmətlərinin təkmilləşdirilməsi, elektron xidmət anlayışının dəqiqləşdirilməsi və Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) tətbiq imkanlarının genişləndirilməsi müasir dövlət idarəçiliyinin əsas istiqamətlərindəndir.SİA xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.O bildirib ki, müasir dövlət idarəçiliyində əsas məqsədlərdən biri vətəndaşların vaxtına qənaət etmək, xidmətlərin operativliyini artırmaq və onların müxtəlif qurumlar arasında vaxt itirməsinin qarşısını almaqdır. Bu baxımdan, Azərbaycanın “ASAN xidmət” modeli mühüm yeniliklərə imza atıb. Elektron xidmətlərin və elektron kabinet imkanlarının genişləndirilməsi də dövlət idarəçiliyində yeni mərhələnin əsasını qoyur.Deputatın sözlərinə görə, gələcəkdə süni intellekt əsaslı dövlət xidmətlərinin genişlənməsi vətəndaş müraciətlərinin təhlili, qanunvericiliyin izahı, tələb olunan sənədlərin müəyyənləşdirilməsi və müxtəlif qurumların fəaliyyətinin əlaqələndirilməsi baxımından yeni imkanlar yaradacaq.Z.Oruc vurğulayıb ki, süni intellekt dövlət qulluqçularının işini asanlaşdırmalı, lakin dövlətin vətəndaş qarşısında hüquqi məsuliyyətini əvəz etməməlidir.O qeyd edib ki, əsas məqsəd yeni idarələr yaratmaq deyil, vətəndaşların dövlət qurumlarına müraciət etmək ehtiyacını azaltmaqdır. Deputat qanun layihəsində nəzərdə tutulan dəyişiklikləri uyğunlaşma xarakterli addımlar kimi qiymətləndirərək onlara dəstək ifadə edib.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər