Siyasət

  • 909

"7 fevral seçkilərindən sonra Azərbaycan yeni dövrə qədəm qoyub" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

"Növbədənkənar prezident seçkiləri ilk növbədə mütəşəkkilliyi ilə yadda qaldı. Seçicilərin fəallıq göstəricisi müstəqillik dövrünün bütün seçkilərini geridə qoydu. Məhz belə də gözlənilirdi. Çünki bu, böyük Zəfərimizdən sonra ölkədə keçirilən ilk prezident seçkiləri idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib. Onun sözlərinə görə, Azərbaycan xalqının ən böyük arzularını gerçəkliyə çevirməklə milyonlarla insanın məhəbbətini qazanmış bir Prezidentin ən yüksək səs göstəriciləri ilə yenidən seçilməsi təbiidir: "Seçicilər dövlət başçısı İlham Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərinə görə minnətdarlığını məhz bu şəkildə ifadə ediblər. Bu seçkilərlə Azərbaycan öz inkişafının mahiyyət etibarilə tamamilə yeni bir dövrünə qədəm qoyur. Bu dövrün isə öz vəzifələri var".Deputat sözlərinə davam edərək bildirib ki, qarşıda Böyük Qayıdışın qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi, soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının təmin olunması, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması kimi taleyüklü məsələlər dayanır. Xalq bu kimi ciddi vəzifələrin həyata keçirilməsini demək olar ki, yekdilliklə Prezident İlham Əliyevə etibar etdiyini nümayış etdirdi"."Beynəlxalq miqyasda seçkilərə bildirilən münasibət də çox müsbət olub. Çoxsaylı beynəlxalq təşkilatların adından və bütün dost ölkələrin rəhbərlərindən daxil olmuş təbriklər seçkilərin təşkilinə verilən yüksək qiymətin təsdiqi kimi qəbul olunmalıdır",- deyə o əlavə edib.

Ləman Sərraf

Digər xəbərlər