PDF Oxu

Siyasət

  • 572

Şəmkirdə partiya veteranları ilə görüş keçirilib - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatında bir neçə ərazi partiya təşkilat sədrləri və veteranlarla görüş keçirilib.YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev qeyd edib ki, partiya veteranları səmərəli işləri ilə hər zaman seçiliblər. Onlar zəngin təcrübələri ilə çoxsaylı nailiyyətlər əldə ediblər. Eyni zamanda, veteranların fəaliyyəti gənc nəsil üçün nümunə olaraq göstərilir.

Daha sonra YAP Şəmkir rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına və yubileyləri münasibətilə partiya veteranları fəxri fərman və hədiyyələrlə təltif olunublar.

Partiya veteranları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduqlarını söyləyiblər.

Digər xəbərlər