Siyasət

  • 1 824

Xocalı soyqırımı - Dəyişməyən qəddarlıq, dəyişməyən qətl üsulları və dəyişməyən erməni terroru! - ŞƏRH

image

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub.Prezident İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı imzaladığı Sərəncamda deyilir: “Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır". Bəli, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, digər qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.Sərəncamda o da bildirilir ki, 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi: «Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət "Xocalıya ədalət!" beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq”.

Azərbaycan xalqının tarixi birliyi bütün sınaqlara hazırdır
Bu yerdə dövlət başçımız Prezident İlham Əliyevin fevralın 26-da xarici və yerli media nümayəndələri üçün keçirilən mətbuat konfransını və məhz mətbuat konfransının Xocalı soyqırımı günündə baş tutmasının bəzi məqamlarını xatırlatmaq istərdim. Xatırladaq ki, 4 saatdan çox davam edən mətbuat konfransında dünyanın 35-dən çox aparıcı kütləvi informasiya vasitələrinin təmsilçilərinin 50-yə yaxın sualına ətraflı cavab verməsi və dövlətimizin başçısının bütün dünya ictimaiyyətinə bəyan edərək bildirdi ki, Azərbaycan xalqı Xocalı soyqırımını unutmayıb və beynəlxalq aləmə bir mesaj vermiş oldu. Prezident diqqətə çatdırdı ki, bütün dünya Xocalı soyqırımını tanımalıdır və bu cinayəti törədənlər cəzalandırılmalıdır. Bütün dünya mətbuat konfransında 4 dildə jurnalistlərin suallarını dəqiq, səlis və məntiqli cavablandıran Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğunun şahidi oldu.Bəli, Azərbaycanın ərazi bötüvlüyünə qarşı qaldırılan torpaq iddialarının ardınca erməni terrorçularının uşaq qatili olmaq ənənələri davam etdi. İstər 1992-ci ilin Xocalı soyqırımında, istərsə sonrakı dövrlərdə və istərsə də bu gün Vətən Müharibəsi dövründə Tovuzda, Tərtərdə, Gəncədə, Bərdədə və digər ortaya çıxan rayonlarda dəhşətli faktlar ürpədicidir. Nə qədər də ağır olsa da, hər dəfə bu faktları hər bir imkanda ictimailəşdirməli, gələcək nəsillərimizə çatdırmalı, təkrarlamalıyıq ki, milli unutqanlığımız baş verməsin! Çünki dəyişməyən qəddarlıq, dəyişməyən qətl üsulları və dəyişməyən erməni terroru cəzalandırılmalıdır ki, təkrarlanmasın. Xüsusilə də, vəhşi erməni yazarı Zori Balayan kimi qan içən uşaq qatilinin xatirələri heç vaxt unutmamalıyıq. Belə ki, babalarının yırtıcı təbiətini özündə yaşadan «ASALA» erməni terror cəmiyyətinin ideoloqlarından hesab edilən yazıçı Zori Balayan Qarabağda günahsız körpələrimizin işgəncə ilə ölümünün bilavasitə iştirakçısı olaraq, əli qanlı cani şahidliyindən fəxr etdiyini yazır və üstəlik, qətlə yetirilən azərbaycanlı uşaqların (!) «it» olduğunu deyir. Bunu ermənilər öz dilləri ilə də etiraf ediblər. Belə ki, polşalı erməni yepiskopu Simeon Lehatsi (XVI əsr) yazırdı: «Yunanlar bizə «İşkil», yəni itlər) deyib, tüpürüb bayıra atdılar...".Göründüyü kimi, erməni terrorçuları həqiqətən də quduz it, quduz köpək olduqlarını deyə bilərik. Atalarımız əbəs yerə deməyiblər ki, «Suya düşən itlə yağışa düşən erməni arasında fərq yoxdur". Beləliklə, bir xalqın ki, Zori Balayan, David Xerdiyan, Paşinyan kimi küçədə yaşayan və bu gün əzəldən torpağı olmayan və həyasızcasına onun-bunun qoltuğuna sığınaraq, onun-bunun dabanının yalayan şər, böhtan atan və bu gün də faşist xislətlərini göstərərk günahsız körpələrə, mülki əhaliyə atəş açaraq bu terrorçu hərəkətləri ilə «erməni qüruru» keçirənlər həqiqətən də xəstə, bədbəxt təfəkkürlü quduzlaşmış itlərdir!
Qisas qiyamətə qalmayacaq...
Ancaq bu uşaq qatili olan quduzlaşmışlar bir daha anlamalıdırlar ki, qisas qiyamətə qalmayacaq və mütləq etdikləri cinayətlərə görə cəzalarını alacaqlar. Görünür, elə bu səbədən də işğal etdikləri torpaqlar uğrunda sentyabrın 27-dən başlayan Vətən Müharibəsinə hələ də bunu anlaya bilməyən terrorçu və faşist xislətli küçə «demokratı» əxlaqsız, mənəviyyatsız Ermənistanın baş naziri Nikol Paşinyan uşaq, körpə qatili əməllərini olmalarını növbəti dəfə Vətən Müharibəsi sayılan İkinci Qarabağ savaşında bir daha sübut etdilər. Bu dəfə onlar savaş meydanından 120 kilometr aralıda yerləşən Gəncə şəhərində yaşayış evlərinə və Bərdədə dinc əhalinin toplaşdığı meydana atdıqları raketlə göstərdilər. Bir ay içərisində düşmənin 27 il işğal etdiyi əraziləri geri qaytaran Azərbaycan Ordusunun ölümcül zərbələri qarşısında tab gətirməyən düşmən dinc əhaliyə, qocalara, körpələrə atəş açmaqla şərəfsizliklərini bir daha nümayiş etdirdilər. Nəticədə mülki əhali arasında 90 nəfər həlak oldu ki, onlardan 11-i uşaq, yaralanan 395 nəfərdən isə 48-i uşaq oldu. Onlar tək cavanları, qocaları, uşaqları öldürmürlər, hətta dünyadan köçmüş insanların qəbirlərinə, Allahın evi olan məscidlərə qarşı faşist düşüncə ilə yanaşırlar. Bu göreşənlər hələ də anlamırlar ki, bununla nifrət sahibi olurlar. Bu gün biz nifrət edirik, sabah onu tarixə çevirib, bütün dünyaya bəyan edəcəyik. Onda erməni xislətinin mahiyyəti açılacaq, onların faşist təfəkkürü ortaya qoyulacaq ki, görün, bu insanlar nə qədər vəhşi, qəddar və amansızdırlar.
"Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq"
Bu günlərdə 18 illik prezidentlik fəaliyyəti müddətində 18-ci səfərini Gəncəyə edən Qalib Liderimiz, dövlət başçımız İlham Əliyev bildirib ki, bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır: «İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır. Necə ki, vaxtilə ermənilər deyirdilər, azərbaycanlılar özləri Xocalı soyqırımını törədiblər. Bu dəfə də ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevrilib... Biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir».Bəli, Azərbaycan xalqı həmişə böyüklüyü ilə dünyada tanıdılıb, Ermənistan isə həmişə saxta, yalançı, mənəviyyatsızlıqları ilə tanılıb. Bir də haqq yolunda addımlayanın köməyi çox, düşməni yox olar! Vaxt gələcək Sarkisyanlar, Paşinyanlar, neçə-neçə yanlar qətlə yetirdikləri günahsız körpə, uşaq, yeniyetmə üçün cavab verməli olacaqlar. Və işğaldan azad olunan torpapqlarımızda dalğalanan bayrağımızı gördükcə quyruğu tapdalanmış köpək kimi hamıya saldıran ermənilərin qana həris cəllad babaları görbagor Andranik sayaq qulaqlarının kəsiləcəyi vaxt gələcək. Nahaq qan heç vaxt yerdə qalmayacaq! Uşaq qatillərinin ayağı Azərbaycan torpaqlarına bir daha dəyməyəcək! Heç şübhəsiz ki, Ermənistan törətdiyi insanlığa qarşı cinayət və terror əməllərinə görə beynəlxalq hüquq qarşısında da cavab verəcək. Onda hamı görəcək ki, qisas qiyamətə qalmayacaq, haqq öz yerini tutacaq!. Artıq bu il Azərbaycan xalqı Xocalı soyqırımını, həlak olan insanlarımızın əziz xatirəsini yeni bir dövrdə yad edir. Qürurverici haldır ki, öz doğma yurdundan, dədə-baba torpaqlarından didərgin düşmüş Xocalılar 32 ildən sonra evlərinə qayıdırlar. İşğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış, Azərbaycan xalqının sabahına açılan əbədi günəş, bükülməz qolumuz, Prezident İlham Əliyevin qüdrətinin, düşmənin başı üstündə olan dəmir yumruğunun gücüdür. Ancaq qalib xalq olaraq bu gün yeganə istəyimiz Xocalı qətliamının tanınması və Xocalı cinayətinin qatillərinin beynəlxalq arenada öz cəzalarını alması, yalnız o qanlı gecədə qurban olan insanların hüquqlarının yerinə yetirilməsi deyil, həmçinin gələcəkdə insanlığa qarşı baş verə biləcək soyqırımların və qırğınların qarşısının alınmasıdır.Xocalı soyqırımının növbəti ildönümü ərəfəsindəyik, bu il əvvəlki illərdən fərqlidir, ona görə ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilib. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı. Bu gün artıq soyqırım qurbanlarının narahat ruhu şaddır, bu da həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir.Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlərində, yerli və xarici televiziya kanallarına verdiyi müsahibələrində qeyd etdiyi kimi: «Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»Vətənimizin bütövlüyü uğrunda canını qurban vermiş bütün şəhidlərə, o cümlədən Xocalı soyqırımının qurbanlarına Allahdan rəhmət diləyir, bütün qazilərimizin tezliklə sağalmasını arzulayırıq.

ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Digər xəbərlər