Siyasət

  • 1 277

Şəffaflığın artırılması istiqamətində işlər görülür - KAMRAN ƏLİYEV

image

Azərbaycan hazırda zəfər dönəmini yaşayır. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər” mövzusunda konfransda çıxışı zamanı deyib.O bildirib ki, Azərbaycanın bütün torpaqları işğaldan azad edilib, azad edilən ərazilərdə quruculuq və yenidənqurma işləri qürurvericidir.Kamran Əliyev qeyd edib ki, hüquq-mühafizə orqanlarında şəffaflığın, peşəkarlığın artırılması istiqamətində işlər görülür: "Rəqəmsallaşma əsas sahələrdən biridir. Bu, cinayət prosesi ilə bağlı xüsusi sahədir. Artıq qanunvericilikdə müəyyən dəyişiliklər edilməsi zəruriyyəti yaranmışdı".Baş prokuror qeyd edib ki, bütün sahələrdə olduğu kimi, ədalət mühakiməsinin həyata keçirilməsində, o cümlədən cinayət mühakimə icraatında rəqəmsallaşma müasir dövrün tələbidir.O bildirib ki, ölkəmizdə hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun fəaliyyətində də rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı bir sıra işlər görülüb: "Prezidentin 7 may 2021-ci il tarixli Fərmanı ilə “Elektron prokurorluq” informasiya sistemi yaradılılıb. 1 aprel 2023-cü il tarixdən “Elektron prokurorluq” informasiya sisteminin əsas modulları istifadəyə verilmişdir. 2023-cü ilin sentyabr ayından isə cinayət təqibinin rəqəmsallaşdırılmasına dair ilk addımlar atılaraq informasiya sisteminin “İstintaq” və “Cinayət xarakterli materiallar” modulları istifadəyə verilib. Hazırda prokurorluq orqanlarında icraatda olan bütün cinayət işlərinin və törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların araşdırılmasına dair materialların bu modullar vasitəsilə aparılması təmin edilir".

Digər xəbərlər