Siyasət

  • 1 365

Azərbaycan öz gücünə, öz imkanlarına arxalanan dövlətdir - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 16 aprel 2024-cü il tarixində Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirakı dövlət başçımızın regionların sosial-iqtisadi inkişafına çox böyük həssaslıqla yanaşmasının bariz göstəricisidir. Təməlqoyma mərasimində çıxış edən Cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan dövləti güclü dövlətdir və öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görür ki, bunun dünyada misli-bərabəri yoxdur. İşğaldan azad edilmiş torpaqlarda quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı da geniş vüsət almışdır.Dövlət başçımız daha sonra əlavə etdi ki, vacib əhəmiyyət kəsb edən layihələrdən biri Xəzər dənizinin suyunun duzsuzlaşdırılmasıdır. Bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Prezident İlham Əliyev bildirdi ki, Hacıqabul rayonunda 4 mindən çox hektarda taxıl əkini aparılmışdır və məhsuldarlıq hər hektardan buğda üzrə 7 tona yaxın olmuşdur. Müqayisə üçün qeyd edək ki, ölkəmizdə orta məhsuldarlıq hər hektardan 3 tondan bir qədər çoxdur.Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür.Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək.Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi.Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır.Qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi – bütün bu amillər inkişafın göstəriciləridir. Qarabağ kanalı 115 min hektarı əhatə edəcəkdir. Orada əhatə olunan rayonların sayı 9-a bərabərdir.Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir.Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək.Azərbaycanda qazlaşdırma, elektrik enerjisi ilə təminat, yol tikintisi sahələrində bir çox infrastruktur layihələrinin öz həllini tapdığını deyən İlham Əliyev qeyd edib ki, növbəti illərdə hökumətin qarşısında duran infrastrukturla bağlı başlıca vəzifə içməli su və suvarma layihələri olacaq.

Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Digər xəbərlər