Siyasət

  • 4 481

"Yaşıl dünya həmrəylik ili" çərçivəsində tədbir keçirilib FOTO

image

YAP Laçın rayon təşkilatının 39 saylı ərazi partiya təşkilatı, Laçın rayon 32 nömrəli tam orta məktəbin kollektivi və yuxarı sinif şagirdləri ilə birgə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiəti qoruyaq, yaşıl dünyada birgə addımlayaq” - devizi altında yaşıllıqları qorumaq və çoxaltmaq məqsədilə məktəbin həyətində olan ağaclara, gül kollarına qulluq aksiyası keçirdikdən sonra çıxış edən YAP Laçın rayon təşkilatının 39 saylı ərazi partiya təşkilatının sədri, məktəbin direktoru Samirə Həsənova xalqımızın Ümmumilli Lideri Heydər Əliyevin Azərbaycan təbiətinə, ətraf mühitin qorunmasına böyük diqqətlə yanaşdığını xatırladıb. O qeyd edib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd əhalini, xüsusilə də uşaqları və gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək və genişləndirməkdir.

Tədbirdə çıxış edən digər iştirakçılar ölkəmizdə iqlim dəyişmələri, karbon emissiyalarının azaldılması ilə əlaqədar beynəlxalq layihələrdə fəal iştiraknın böyük qürur hissi doğurduğunu bildirərək qeyd ediblər ki, işğaldan azad edilmiş ərazilərdə aparılan böyük quruculuq işləri və ekoloji problemlərin aradan qaldırılması bu torpaqlardan olan hər bir sakini çox qürurlandırır.

Sonda məktəbin həyətində ağaclar,gül kolları əkilib,yaşıllıqlara qulluq göstərilib.