Siyasət

  • 691

Niyə Əli Kərimli Turan birliyinə qarşı çıxır? ANALİZ

image

Məsəl var deyərlər, “Filankəs danışanda ağızına çullu dovşan yerləşmir”. Haqlı və əsaslı məsələdir. O mənada ki, cəmiyyətimizdə, o cümlədən ətrafımızda elə insan olur ki, yalan danışmaq, aratorsayağı populist fikirlər səsləndirmək, xoruz səsi eşitməyən ideyalar və təkliflərlə çıxış etmək onun üçün adidən də adidir. Gəl ki, reallıqda ortaya nəticə qoya bilmir. Bu baxımdan da belə şəxslərə heç zaman inam olmur, hörmət filan məsələsindən də uzaqdılar. Ona görə də, bu xarakterə malik tiplərin danışdıqları boş qazanı danqıltmaqdan başqa bir şey hesab olunmur. Yalançıların və boşboğazların siyahısını dərc etmək mümkün olsa, heç şübhəsiz ki, AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli və digərləri ilk sırada yer alarlar. Ümumiyyətlə faktlara istinadən demək olar ki, bu məxluqlar siyasət bulağından su içməyə başladıqları ilk gündən indiyə qədər on minlərlərlə yalanlar danışıblar, özlərindən mənasız ideya və təkliflər uydurub, internet TV-lərdə səsləndiriblər. Bir dəfə də olsun, ciddi, əsaslandırılmış fikir ortaya qoya bilməyiblər. Bu da ondan irəli gəlir ki, savadsızdılar, bacarıq baxımından kasadılar. Həm də maliyyə baxımından müəyyən xarici qüvvələrdən asılı durumdadılar. Məhz xarici məkrli dairələrin istək və tələblərinə əsasən Əli Kərimli, Cəmil Həsənli və digərləri yalan, şər və böhtan xarakterli fikirləri dövriyəyə buraxmalarına təhrik edilirlər. Bəlkə də müstəqil olsalar ictimai maraqlara yaxın mövqe səsləndirməyə cəhd edərlər. Lakin özlərinin də etiraf etdikləri (Cəmil Həsənli müsahibələrinin birin də hər ay SOROS Fondundan 200 ABŞ dolları aldığını deyib.) kimi xarici qüvvələrin təsiri altındadılar. Elə durumdadılar ki, bəzən öz məsləklərinə və əqidələrinə xəyanət yolu tuturlar. Misal üçün Əli Kərimli “Yurd” yaranan zaman özünü Turan birliyinin “əsgəri” olaraq təqdim edir, böyük Azərbaycan quruculuğunda ən fəal təəssübkeşlərdən biri olduğunu nümayiş etdirməyə çalışırdı. Hətta Xəqani 33-də olduqları zaman tez-tez “BAP”-ın iclaslarını keçirib, boğazdan yuxarı da olsa populist fikirlər söyləyirdi. Elə ki, AXCP sədrliyi kreslosunu zəbt edib, ABŞ-ın və Avropanın qaranlıq dairələri ilə qrant almaq üçün iş birliyinə getdi, bütün “böyük ideyalar”ından imtina etdi. Necə deyərlər, oldu Qərbpərst.

AXCP bütövlükdə Qərbdəki erməni lobbisinin təsiri altındadır

Əli Kərimli Avropanın və ABŞ-ın müəyyən dairələri ilə əlaqələrini genişləndirdikcə AXCP-yə Turan ideyasının reallaşması üçün cəbhəçi şinelini geyinənlər tədricən siyasi cildlərini dəyişməyə başladılar. Nəticədə AXCP bir neçə yerə parçalandı ki, onun da acı nəticələrini hələ də partiya yaşamaqdadır. Partiyada mənasız yerə var-gəl edənlər də Ə.Kərimlinin zəhərli təbliğatından qurtula bilməyənlərdir. O şəxslərdir ki, sədr müavini Seymur Həzinin timsalında “PKK” lideri Abdulla Ocalanın yaxın tərəfdarı Səlahəddin Demirtaja biət edilir. Fuad Qəhrəmanlı Vardan kimi terrorçunu müdafiə edir. Ə.Kərimlinin özü fars-molla rejimin əmmaməli mollalarının əlini öpən Tale Bağırzadəyə haqq qazandırır. Bütün bu kimi faktlar artıq Ə.Kərimlinin və trollarının Turan ideyasından, böyük Azərbaycan məfkurəsindən imtina edildiklərini göstərir. Hazırda İsveçrədə yaşayan keçmiş müsavatçı Elbəyi Həsənli haqlı olaraq Ə.Kərimlini və ətrafında olanları yanlış yol tutmaqda günahlandırıb: “AXCP Azərbaycanın gələcəyini necə görür? Bu partiyanın funksionerlərinin bəyanatlarından, müsahibələrindən mən belə başa düşürəm ki, AXCP Türk Dünyasına yox, daha çox Qərbə inteqrasiyaya meyillidir. Yəni, Azərbaycan Türk Dünyasının yox, məhz Qərbin bir parçası olmalıdır”.

E.Həsənli haqlı, əsaslı suallarla çıxış edir. Cəbhəçiləri dolayısı ilə Qərbin maraqlı dairələrinin sifarişi əsasında Türkiyə hakimiyyətinin siyasətini bəyənməməkdə ittiham edir: “Bizim demokratlar nədən Türk Dünyasını bəyənmirlər? Axı AXC yarandığı gündən daima Türk Birliyinə çağırış edib. Mərhum Əbülfəz Elçibəy təpədən-dırnağa türk millətçisi idi. Özünü Atatürkün əsgəri hesab edirdi. Nədən AXCP belə bir ideoloji transformasiyaya məruz qalıb? Məncə, səbəb çox sadədir. AXCP zənn edir ki, onlar yalnız Amerikanın, bütövlükdə isə Rusiyanın təbiri ilə desək, kollektiv Qərbin dəstəyi ilə iqtidara gələ bilərlər. Ona görə də Qərbdən bərk yapışıblar. Əminəm ki, iqtidar Türk Dünyasına bu qədər önəm verməsə idi, AXCP Qərbə bu qədər meyl göstərməzdi. Yəni siyasi çıxarları naminə belə bir yol tutublar”.

Əli Kərimli yanlış siyasətinin qurbanına çevrilir

Görünən ondan ibarətdir ki, Ə.Kərimli və ətrafında olanlar maddi və mənəvi dəstək almaq üçün bütün varlıqları ilə Qərbə sığınıblar. Lakin bir sual yaranır, bu gün əqidələrini dəyişdiklərinə görə, az da olsa xəcalət çəkirlərmi? Utanırlarmı ki, bütün türkdilli xalqlar vahid bayraq altında birləşməyə can atdıqları bir vaxtda onlar Qərbə meyillənirlər? Bu məqamda bir sıra məsələlərə də aydınlıq gətirilir. Məlum olur ki, nədən Ə.Kərimli, C.Həsənli və digərləri fars-molla rejiminin işgəncə maşını altında əzilən güneyli soydaşlarımızın haqq və hüquqlarının müdafiəsində fikir bildirmirlər. Niyə bir dəfə də olsun güneyli soydaşlarımızın zindanlarda çürümələrindən, küçələrdə dar ağaclarından asılmalarından, uşaqların polis zorakılığı nəticəsində öldürülməsindən danışmırlar? Cavablar aydındır: Qərbin məkrli dairələri belə istəyirlər. Qrant ayıran fondlar yalnız ox işarələrini tuşladıqları ərazilərdən və məslərdən söylənməlidirlər. Əsasən də Azərbaycanın daxili uğurlarına, beynəlxalq nailiyyətlərinə kölgə salmağa cəhd göstərməlidirlər. Buna da çalışırlar. Lakin istəkləri uğursuzluğa düçar olur. Çünki yuxarıda qeyd etdiyim kimi, yeddidən yetmiş yeddiyə qədər Azərbaycanda hər bir kəs Ə.Kərimlinin, C.Həsənlinin və digərlərinin satqın və xəyanətkarlardan ibarət bir yığnağ olduğunu bilirlər. Ona görə də onların Azərbaycanla bağlı boşboğazlıqlarına əhəmiyyət vermirlər.

İLHAM ƏLİYEV

Digər xəbərlər