Sosial

  • 1 122

Azərbaycan Monteneqro ilə sosial sahədə əməkdaşlığın inkişafı üçün fikir mübadiləsi aparıb

image

Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclasında iştirak etmək üçün həmin ölkədə səfərdə olan Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Monteneqronun əmək və sosial rifah naziri Naida Nisiçlə görüşüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, S.Babayev Azərbaycan ilə Monteneqro arasında əlaqələrin dostluq və əməkdaşlıq ruhunda daim genişlənməkdə olduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf etməsi üçün əsas yaratdığını vurğulayıb.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin sosial sahəni də əhatə etdiyi bildirilib. Ötən il Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Monteneqronun Əmək və Sosial Rifah Nazirliyi arasında imzalanmış əməkdaşlıq sənədinin müvafiq fəaliyyət sahələrində əlaqələrin genişlənməsindəki əhəmiyyəti qeyd edilib.

Azərbaycanda son illər aparılan sosial islahatların, dövlət sosial xidmətlərinin elektronlaşdırılması proqramının uğurları, DOST konsepsiyası barədə məlumatlar verilib. Ölkəmizin həmin təcrübələrinin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyi və bir çox ölkələrin müvafiq qurumları tərəfindən öyrənilərək tətbiqinə maraq göstərildiyi bildirilib.

N.Nisiç ikitərəfli əlaqələrin dərinləşdirilməsində, fəal təcrübə və məlumat mübadilələrinin aparılmasında və bu sahədə səyləri davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb.

İki nazirlik arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi, fəaliyyət sahələri üzrə təcrübə mübadilələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.

Digər xəbərlər