Siyasət

  • 1 471

"Bu, xalqımızın 30 illik arzusunun reallaşması deməkdir" - ŞƏRH EDİLDİ

image

“1 sentyabrda baş tutacaq parlament seçkiləri ölkəmizin bütün suverən ərazilərində keçirilməklə prezidentliyə keçirilən Zəfər seçkisinin davamı olaraq tariximizin şanlı səhifəsi olacaqdır. Bu seçkilərdə işğaldan azad olunmuş ərazilərdə daha çox vətəndaşımız səs verəcək. Bu dövrdə işğaldan azad olunmuş ərazilərdə qurulmuş seçki məntəqələrin sayı daha da artırıldı. Həm də bu ərazilərə qayıtmış keçmiş məcburi köçkünlərin sayı 8 min nəfəri ötüb”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkilinin sözlərinə görə, bu, həm də xalqımızın 30 illik arzusunun reallaşması deməkdir: “Çünki, müstəqillik tariximizdə keçmiş məcburi köçkünlər öz deputatlarını ilk dəfə olaraq öz doğma yurdlarında seçəcəklər. Artıq yeni bir tarix yazmaqda davam edirik. Həm də seçki prosesinin təşkili çox demokratrik şəkildə təşkil olunur. Özünü parlamentdə görmək istəyən şəxslərə, siyasi partiyalara öz namizədlərini irəli sürülməsi üçün demokratik şərait yaradılıb.A.Badamov sözlərinə davam edərək əlavə edib ki, eyni zamanda bir çox beynəlxalq təşkilatlardan seçki prosesini izləməyə müşahidəçilər dəvət olunub: “Hesab edirəm ki, Prezident seçkilərində olduğu kimi parlament seçkilərində də yaradılmış yüksək demokratik şərait və azad seçki mühiti ilə sözümüzü deyəcəyik. Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçirməklə insan haqlarına yükəsk səviyyədə dəyər verdiyimizi, demokratik və azad cəmiyyətin qurulduğunu bizə ikili standartlarla yanaşanlara sübut edəcəyik”.

Ləman Sərraf

Digər xəbərlər