Siyasət

  • 1 550

"Makron Cənubi Qafqazda öz maraqlarını yeritmək üçün sülhün olmamasına çalışır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

"Vaşinqtonda keçirilən NATO samiti çərçivəsində Türkiyə prezidenti Ərdoğanla keçirdiyi görüşündən sonra Fransa prezidenti Makron regionda yeni səhifə aça biləcək sülh sazişinin tezliklə əldə edilməsi məqsədi ilə Ermənistan və Azərbaycan arasında davam edən dialoqa dəstəyimizi bir daha təsdiqlədiyini bildirib". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Deputat bildirib ki, əslində Makron bu açıqlamada səmimi deyil: "Çünki Makron Cənubi Qafqazda öz maraqlarını yeritmək üçün sülhün olmamasına çalışır. Ona görə də Ermənistanı silahlandırmaqla sülhdən uzaqlaşdırmağa çalışır. Prezident Ərdoğan Makronu Azərbaycanla-Ermənistan arasında sülhün əldə olunmasının alternativi olmadığını başa salıb. Ona görə də Makron məcbur qalaraq sülhü dəstəklədiyini bildirib.Əgər Makron sülhü dəstəkləyirsə, Ermənistandan Azərbaycana qarşı ərazi iddialarından əl çəkilməsini göstərəcək konstitusiyasında dəyişikliyin edilməsini tələb etsin. Amma Makron bunun əksinə olaraq Ermənistanı Azərbaycanla razılığa gəlməkdən yayındırmağa çalışır. Hesab edirəm ki, Makronun bütün bu canfəşanlıqları mənasızdır. Çünki Makron o qədər bacarıqlı dövlət başçısı olsaydı, ilk növbədə öz vətəndaşları tərəfindən dəstəklənərdi və parlament seçkilərində böyük fərqlə uduzmazdı. Bu baxımdan öz ölkəsində rəğbətini itirmiş bir dövlət başçısı Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına necə töhfə verə bilər? Ermənistan rəhbərliyi Makronun boş-boşuna vədlərinə inanmadan Azərbaycanın tələbini həyata keçirərsə, regiona qısa zaman kəsiyində sülh gələ bilər".
Müəllif: Söylü Ağazadə

Digər xəbərlər