Siyasət

  • 1 034

Azərbaycan mətbuatı maarifçi düşüncənin genişlənməsinə davamlı olaraq öz töhfəsini verir - MƏQALƏ

image

Cari ilin 22 iyul tarixində Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. “Əkinçi" qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gün - 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Azərbaycan milli mətbuatının yaranması maarifçilik hərəkatının banilərindən olan alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır. 1875-ci ildə bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetini ərsəyə gətirən Həsən bəy Zərdabi qəzetin həm naşiri, həm redaktoru, həm də korrektoru idi. Qəzetin işıq üzü görməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalılarımızın böyük xidmətləri olub. “Əkinçi” qəzetinin işıq üzü görməsində Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Ə.Ağaoğlunun, Üzeyir bəy Hacıbəylinin, Ceyhun bəyin, Ömər Faiq Nemanzadənin, Şəfi bəy Rüstəmbəylinin, Xəlil İbrahimin, Əlimərdan bəy Topçubaşovun və digər mütəfəkkirlərimizin əvəzsiz xidmətləri olub. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin yaratdığı qəzet yalnız Azərbaycanda deyil, bütün Şərqdə şərəfli və uğurlu mətbuatın başlanğıcdır. “Əkinçi” qəzeti yalnız əkin-biçin mədəniyyətini deyil, çağdaş düşüncə, müasir təbligat və təşviqat mədəniyyətini təbliğ edirdi. Cəmi 2 il dərc olunan “Əkinçi” qəzeti fikirlərdə, düşüncələrdə inqilab etdi.“Əkinçi” qəzetindən sonra ard-arda nəşrə başlayan“Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”,“Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”,“Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”,“Açıq söz” kimi onlarla qəzet və jurnal, eləcə də 1896-cı ildən Həsən bəy Zərdabinin fəal iştirakı vəƏlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti milli mətbuat tariximizin şərəfli səhifələridir. XX əsrin əvvələrində fəaliyyətə başlayan digər mətbu orqanlar özlərini “Əkinçi” qəzetinin davamçısı olaraq fəaliyyət göstərməyə başladı.Ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Azərbaycan milli mətbuatının inkişafında da misilsiz xidmətlər göstərib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı milli mətbuatımızın tarixində də yeni səhifə açdı. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə senzuranı ləğv etməsi ölkəmizdə söz və mətbuat azadlığının əsasını qoyuldu və bu da təbii olaraq, mətbuatın inkişafına ciddi təkan verdi. Ümummilli lider Heydər Əliyev milli mətbuat haqqında demişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”. “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabr ayına kimi cəmi 56 sayı işıq üzü görsə də, Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında misilsizxidmətləri olub. Çar Rusiya imperiyasının rəhbərliyi qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından tanış olmasındakı rolundannarahat olmağa başlaması və sonda qəzetin nəşrini dayandırılmasına gətirib çıxartdı. Baş verən proseslərə baxmayaraq dövrün görkəmli şəxsiyyətləri, ziyalıları, maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi, demokratik ideyalarını təbliğ edərək ictimai,siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.Ulu öndər Heydər Əliyevin mətbuata, jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün də cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam bərqərar olub. Cənab İlham Əliyevin mətbuat işçilərini yüksək qiymətləndirərək bildirmişdir ki, “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”. Qeyd etmək lazımdır ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı və davamlı islahatlar nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib. Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yorulmadan icra edən mətbuatımız 44 günlük Vətən müharibəsində düşmən təbliğatına qarşı informasiya mübarizəsinə öz töhfəsini verdiyi kimi, postmüharibə dövründə də bu işi uğurla davam etdirdi. Azərbaycan mediası Ali Baş Komandan cənab İlham Əliyevin səsləndirdiyi bəyanatların, işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri barədə informasiyaların ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıb. Cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna geniş müsahibələri mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında ölkə mətbuatında çalışan jurnalistlər müstəsna rol oynadı. Birinci və ikinci Qarabağ müharibəsi zamanı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən Azərbaycan mediası böyük Zəfərimizin müjdəçisi oldu. Mətbuat işçiləri 44 günlük Vətən müharibəsində cəbhə xəttində xəbər istehsalçısı kimi böyük fədakarlıq göstərdilər. Ölkə mediası o tarixi günlərdə Azərbaycan həqiqətlərinin dünyaya qərəzsiz və düzgün çatdırılması missiyasını uğurla həyata keçirdi.Milli mətbuatın inkişafı üçün dövlətimiz tərəfindənçox yüksək şərait yaradılıb. Bütün dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da kütləvi informasiya vasitələrinin fəaliyyəti ictimai həyatın istiqamətlənməsində əsas rol oynayır. Dövlət başçısı cənab İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının” təsdiq etməsi daha sonra 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılanən mühüm addımlardır. Ölkə başçısı tərəfindən mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu ildə Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılmasını mətbuat tarixinin mühüm hadisəsi kimi dəyərləndirmək olar. Cənab İlham Əliyevin“Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamı jurnalistlərdə yüksək əhval-ruhiyyə yaradıb və qələm əhli tərəfindən böyük rəğbətlə qarşılanıb. Dövlət başçısı cənab İlham Əliyevin jurnalıstlərə göstərdiyi diqqət və qayğının qarşılığında jurnalistlərdə öz borclarını ləyaqətlə, vicdanla yerinə yetirmək üçün əllərindən gələni edirlər.Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin bütöv olması istiqamətində layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq, qətiyyət nümayiş etdirir. Hər zaman ölkələrimizin dövlətçilik maraqlarını əsas tutub, vətəndaşların, cəmiyyətin dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etmək üçün Azərbaycan jurnalistləri ciddi səylər göstərir, cəmiyyətimizin tərəqqisi, inkişafı, birliyi naminə var gücləri ilə çalışırlar. Azərbaycan mətbuatı tarixin bütün dövrlərində maarifçi düşüncənin genişlənməsinə,xalqımızın milli-mədəni inkişafına davamlı olaraq öz töhfələrini verib. Müstəqillik dövründə Azərbaycan milli mətbuatının fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin gücləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayıb. Cari ildə keçirilən “Milli Mətbuat Günü” nün fərqli xüsusiyyəti isə bu bayramın ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş bütöv Azərbaycanda qeyd olunmasıdır. Zəngin və şərəfli tarixə malik olan Azərbaycan mətbuatı öz qarşısında duran bütün vəzifələrin, missiyaların öhdəsindən layiqincə gələcək. Milli mətbuatımız bundan sonra da inkişaf edərək irəliyəcək, milli-mənəvi dəyərlərin təbliğində və qorunub saxlanılmasıistiqamətində fəal rol oynayaraq daha böyük nailiyyətlərə imza atacaq.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Digər xəbərlər