Siyasət

  • 1 222

“Ermənistan Avropa İttifaqının müstəmləkəsinə çevrilir – ŞƏRHLƏR

image

XİN rəhbərinin keçmiş müavini bildirib ki, Ermənistan Avropa İttifaqında xoş qarşılanmır. “Keçmiş həmkarlarım, eləcə də hələ də Avropa strukturlarında işləyən tanışlarım deyirlər ki, Ermənistan Avropa İttifaqında xoş qarşılanmır, baxmayaraq ki, onlar İrəvanın İttifaqa üzvlük istəyini alqışlayırlar”, - Ermənistan xarici işlər nazirinin keçmiş müavini Avet Adonts deyib.

Onun sözlərinə görə, həm iqtisadi inkişaf baxımından, həm də demokratik inkişaf baxımından Ermənistan belə bir məsələ qaldırmağa belə hazır deyil. O, Aİ-nin İrəvanın bu istəyindən istifadə edərək, anti-Rusiya və anti-İran gündəliyi çərçivəsində öz məqsədləri üçün təklif irəli sürəcəyini edib. Adonts əlavə edib ki, Ermənistan bu maraqların toqquşduğu tramplinə çevrilib, uzun illərdir ki, rəsmi Yerevan buna imkan vermirdi.

“Dünya siyasətində gərginliyin pik həddə çatdığı, planetin düşərgələrə bölündüyü bir vaxtda Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referendum keçirmək niyyəti ilə bağlı indiki bəyanatlar Rusiya və İrana arxa çevirmək, üzünü Qərbə doğru döndərmək deməkdir. Bizim əsas çətinliklərimiz təhlükəsizliklə bağlıdır, halbuki Aİ-nin bu məsələdə heç bir aləti yoxdur”,- Ermənistan XİN rəhbərinin keçmiş müavini vurğulayıb.

Erməni KİV-ləri qeyd edir ki, iyulun 1-də Ermənistanın baş naziri Nikol Paşinyan referendumun keçirilməsinin mümkünlüyünü şübhə altına alıb və bu, plebisit təşəbbüsünün hakim partiyanın müttəfiqi olan qərbyönlü partiyaların reytinqini artırmaq məqsədi daşıyan piar kampaniyası olduğuna dair qiymətləndirmələri təsdiqləyib.

Ermənistan XİN rəhbərinin keçmiş müavini qənaətlərində nə dərəcədə haqlıdır? Doğrudanmı onlar Ermənistandan öz məqsədləri üçün istifadə etməyə çalışırlar?

Bu suallarını xarici ekspertlər “Caliber” analitik mərkəzinə açıqlayıblar. Şərhləri oxucularımıza təqdim edirik.

Türkiyəli politoloq, tarix elmləri doktoru, Moskva Dövlət Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutunun elmi işçisi Mehmet Perinçekin qeyd etdiyi kimi, Ermənistanın Aİ-yə daxil olması tamamilə real olmayan layihədir.

“Birincisi, Ermənistan nə iqtisadi, nə də siyasi baxımdan belə bir addıma hazır deyil. Aİ heç vaxt belə bir ölkəni öz sıralarına qəbul etməyəcək. Amma avropalılar Ermənistandan öz eqoist məqsədləri üçün istifadə etmək üçün müntəzəm olaraq bu məsələni qaldıra bilirlər. Çünki Qərb Cənubi Qafqazın işlərinə qarışmaq alətlərini itirib və orada xaos yaratmaq, yenidən regional işlərə qarışmaq üçün ona yeni rıçaqlar lazımdır. Bu məqsədlə Qərb Ermənistandan dönə-dönə istifadə etməyə hazırdır. Bu ölkə heç vaxt Aİ-nin bərabərhüquqlu tərəfdaşına çevrilməyəcək. Avroatlantik məkanda Ermənistan yalnız bir rol oynamağa qadirdir- yem rolunu. Bu ölkə Qərbin aqressiv planlarının həyata keçirilməsində ancaq piyada ola bilər”,- deyə tarixçi əmindir.

Onun sözlərinə görə, Ermənistandakı qərbyönlü qüvvələr erməni xalqını aldatmaq üçün gələcəkdə Aİ-yə ehtimal olunan üzvlük mövzusunu gündəmə gətirirlər.

“Onlar ümid verir və bununla ölkə daxilində yeni rejim yaratmağa başlayırlar. Bunun vasitəsilə Ermənistanı regional inteqrasiyadan, xüsusən də Rusiyadan qoparmaq istəyirlər. Erməni xalqına deyirlər- sənin gələcəyin Azərbaycanın, Türkiyənin, Rusiyanın yanında deyil, Qərbin yanındadır. Və bu yolla erməni xalqını təhrik edir, qonşularına qarşı neqativ əhval-ruhiyyə səpirlər.

İndi Cənubi Qafqazda yeni dövr açılıb. Söhbət Azərbaycanla Ermənistan arasında sülhdən, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasından gedir. Bu yolla və xüsusən də “3+3” platforması vasitəsilə region ölkələri bu məkanda sabitliyi və iqtisadi inteqrasiyanı təmin edə bilərlər. Bu isə Qərbin planlarına uyğun gəlmir. Məhz buna görə də Ermənistanın Aİ-yə daxil olması perspektivi ilə bağlı plan işə salındı. Və onlar bu ümiddən sui-istifadə edəcəklər, eyni zamanda bu ölkənin suverenliyini məhv edəcəklər. Onlar öz məqsədlərinə çatmaq üçün Ermənistanı silaha çevirmək istəyirlər.

Biz bunu Türkiyədə gördük. Türkiyənin Aİ-yə daxil olması vədi də bir saxtakarlıq idi və hələ də qalır. Bununla da Türkiyənin Aİ-nin qapısını tərk etməməsinə, Avrasiya ölkələri ilə əməkdaşlıq etməməsinə çalışırlar. Amma Türkiyəni heç vaxt Aİ-yə qəbul etməyəcəklər. Yəni, bütün bu illər ərzində onlar Türkiyənin milli suverenliyinə ancaq zərər vurub, onun qarşısına daha çox yeni giriş şərtləri qoyublar. İndi də Ermənistana belə şərtlər qoyulmağa başlayacaq. O, artıq AB-nin müstəmləkəsinə çevriləcək,” Perinçək hesab edir.

Tarix elmləri namizədi, Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutu (Moskva) Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin Ermənistan Respublikası xarici işlər nazirinin keçmiş müavini Adonetsin qiymətləndirmələri ilə ümumiyyətlə razıdır, çünki siyasi realizm nöqteyi-nəzərindən, praqmatik nöqteyi-nəzərdən Ermənistanın, hətta uzunmüddətli perspektivdə belə, nəhayət, Avropa Birliyinə üzv ola biləcəyi şansı yoxdur.

“Ona görə də bu təşəbbüs ətrafında bütün hərəkətlər- referendumun keçirilməsi, dialoqun başlanması prosesinin təşəbbüskarı- əslində tamamilə populist xarakter daşıyır. Əminəm ki, Paşinyanın bütün siyasi karyerası ilə Ermənistanın həqiqətən də Aİ-yə yaxınlaşması və hətta üzvlüyə namizəd ola biləcəyi bir an olmayacaq”,- alim deyir.

Amma başqa bir məsələ də var, o qeyd edib: “Avropaya bu cür yanaşma yaratmaqla Ermənistan özünü kifayət qədər zəif vəziyyətdə qoyur. Yəni təzyiq və təsir alətləri Aİ-dən yaranır. Məsələn, Gürcüstanda gördüyümüz kimi. Tiflis Brüsselin istədiyini etmir, sonra onu maliyyə yardımından, namizəd statusundan məhrum edir, hər şeyi dondurur və bütün bunları yalnız Gürcüstan Aİ-nin bütün tələblərini yerinə yetirməyə razılaşdıqda bərpa edəcəyini deyor.

Təxminən eyni şey Ermənistanla da baş verəcək, çünki o, heç bir bonus və ya imkan olmadan öhdəliklər götürür. Və öhdəliklər Qərbdən gələn bütün bu göstərişlərin şübhəsiz yerinə yetirilməsini nəzərdə tutur. Buna uyğun olaraq, Ermənistan rəhbərliyi milli maraqları deyil, bunu necə gördükləri və Qərb ölkələrinin nəyə ehtiyacı olduğu əsasında qərarlar qəbul etməyə məcbur olacaq. Sxem təxminən belə görünəcək” deyə Pritçin yekunlaşdırır.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər