PDF Oxu

Siyasət

  • 1 305

Özgə qapısına sığınıb hürən insan şərafətli ömür yaşaya bilməz ANALİZ

image

Xaricdəki antimilli ünsürlərin əsas fəallarından olan Vidadi İsgəndərlinin fransız zorakılığına məruz qalması deyilənlərə əyani sübutdur

Azərbaycanda doğulub, bu Vətənin çörəyini yeyib, suyunu içən, hər cür imkanlarından bəhrələnən elə insanlar var ki, sonradan təsir altına düşdüklərindən öz doğma yurduna üzüdönüklük edir. Son vaxtlar xaricdəki antimilli ünsürlərin Azərbaycana qarşı qarayaxma kampaniyasında əsas trollar olaraq iştirak etmələri üzüdönüklüyün ən iyrənc xarakter aldığını göstərir. Hər gün müxtəlif sosial şəbəkələrə çıxan Sevinc Osmanqızı, Trol Sadıqlı, Qabil Məmmədov, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli, Orduxan Temirxan və digərləri Azərbaycan dövləti və xalqı haqqında təhqiramiz ifadələr səsləndirir, ittihamlar irəli sürürlər. Sanki bunlara milli varlığımızı təhqir etməkdə yarışa giriblər- kim daha çox söyə, kimlər daha üstün ittihamlar irəli sürə bilər. Niyə, səbəb nədir? Pul, var- dövlət qeyrətdən, namusdan üstündürmi? Axı sizlər Azərbaycanda doğulmusunuz, bu eldə, obada sizlərin yaxınlarınız, doğmalarınız yaşayır. Ən azı olduğunuz ölkə də sizləri azərbaycanlı olaraq tanıyırlar. Çoxlarınızın cibində hələ də Azərbaycan pasportu var. Hansısa başqa bir millətin nümayəndəsi ilə qarşılaşanda söhbət əsnasında “haralısan və hansı millətin nümayəndəsisən” sualına “Azərbaycandanam, milliyətim azərbaycanlıdır”, - deyə bildirirsiniz. Lakin intenet TV-lərin önünə çıxanda Azərbaycanın milli və dövlətçilik maraqlarını təhqir edirsiniz. Bunun adı satqınlıq və xəyanətdir. Heç bir halda bu fəaliyyətə haqq qazandırmaq olmaz. İnandırıcı deyil ki, sizlərdən istifadə edən xüsusi xidmət orqanlarının əməkdaşları da sizlərə də ciddi yanaşsınlar. “Söyüş müxalifəti”nin əsas fəallarından olan Vidadi İsgəndərlinin döyülməsi və sonra da bıçaq zərbələri ilə öldürülməsi bir daha onu təsdiq etdi ki, əlaltılarını istifadə edənlər, lazım gələndə onun həyatına qəsd etməyi də bacarırlar.

Vidadi İsgəndərlinin öldürülməsində Fransa xüsusi xidmət orqanlarının əli ola bilər

“Söyüş müxalifəti”nin fəllarından olan Vidadi İsgəndərlinin Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən və ermənilərin daha çox məskunlaşdıqları Fransaya sığınması təəccüblü görünməyə bilər. Çünki Azərbaycanın milli varlığını təhqir edən ünsürlərin böyük hissəsi Fransaya sığınıblar. Fransanın qaranlıq dairələri onları ev-eşiklə, pul- para və ofislə təmin edib. Qarşılığında onlar Azərbaycanı təqdim edilən sifarişlərə uyğun olaraq təhqir edir, xalqın heysiyyatına toxunan videolar paylaşırlar. Fransada oturub AXCP sədri Əli Kərimlinin qaranlıq işlərini, həm də Fransanın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən Qənimət Zahid bildirib ki, Mülyuz (Mulhouse) şəhərində yaşayan Vidadi İsgəndərli çoxsaylı bıçaq zərbələrinə məruz qalıb: “Bu şəhərdə yaşayan Vidadi İsgəndərli sentyabrın 29-u səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 07:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar”. Q.Zahid onu da qeyd edib ki, V. İsgəndərli reanimasiyadadır, vəziyyəti ağır qiymətləndirilir”.

Yazını hazırlayarkən məlum oldu ki, daha bir söyüş müxalifətinin üzvü, hansı ki, erməniprəst dairələrin sifarişlərinə uyğun olaraq xalqımız təhqir edən Vidadi İsgəndərli xəstəxanada ölüb. Gözlənilmədən həkim nəzarəti altında olan şəxsin ölməsi müəmmalı suallar yaradır. Çünki, V.İsgəndərlinin qardaşı Oqtay İsgəndərli xəbər saytlarından birinə açıqlamasında qardaşının vəziyyətinin heç də ağır olmadığını və yaşamasına ümidlər olduğunu bildirmişdir: “Həkimlər mənə onunla 1 dəqiqəlik görüşmək imkanı yaratdılar. Çünki reanimasiyada, narkozun təsiri altında idi. Dedi ki, səhər saat 7 radələrində 3 nəfər pəncərədən evinə daxil olub. Yataq otağında bir nəfər ona bıçaq çəkib, 2 nəfər də qapını bağlayıb. Özünün sözlərinə görə, həmin şəxs bıçaqla ona alın nahiyyəsindən çoxlu zərbələr endirib. Zərbələrin çoxu qardaşımın əlinə dəyib. Bıçağı vuran şəxs cüssəli olmadığı üçün qardaşım onu itələyib yerə yıxıb. Daha sonra polisi çağırıb və içəri girən şəxslər qorxub qaçıblar. Onlar maskalı olub və heç bir dildə danışmayıblar. Buna görə də kimlikləri və hansı millətdən olduqları bilməyib”.. Oqtay İsgəndərlinin danışığından belə başa düşülür ki, Vidadi İsgəndərlinin vəziyyəti deyildiyi qədər ağır deyil. O, danışacaq vəziyyətdədir və qardaşının sözlərinə görə zərbələrin çoxunu da əlindən, qolundan alıb.

Satqınlara rəhm edilmir

Vidadi İsgəndərlinin qardaşının sözlərindən o məlum olur ki, V.İsgəndərli yenidən ayağa qalxıb, söyüş ritorikasını davam etdirə bilərdi. Lakin yayılan məlumatlara görə, o ölüb və ya öldürülüb. Sonuncu versiyanın üzərində dayanmaq və düşünmək olar. Ən azı ona görə ki, Fransa dünyada insanlığa və bəşəriyyətə qarşı vəhşi fəaliyyəti və əməlləri ilə tanınıb. Fransanın hakim elitasının əmri ilə müstəmləkə altında saxladıqları milyonlarla insanı qətlə yetiriblər. Fransız əsgərlərinin Nigeriyada, Əlcəzairdə, Fransız Qvianasında, Yeni Kaledoniyada və digər müstəmləkə altında saxladığı ərazilərdə törətdiyi vəhşiliklər dünyanı sarsıdıb, xalqları dəhşətə gətirib. Belə bir vəhşi rejimin V.İsgəndərlinin əzməsi, onu sıradan çıxartması adi haldır. Görünür, V.İsgəndərli haradasa ciddi səhvlərə yol verib, yalan danışıb və ya sifarişlərin icrasında yanlışlıqlar törədib. Ona görə də cəzalandırılması vacib hesab olunub. Necə ola bilər ki, 24 saat video kameraların izlədiyi binaya hücum təşkil edilsin? Şübhəli məqam həm də ondan ibarətdir ki, V.İsgəndərli özü dəfələrlə qeyd edirdi ki, onu yerli polis kimdənsə və nədənsə mühafizə edir. Hətta video paylaşmalarının birində V.İsgəndərli ona parkda hücum edən bir qadının yerli polis yanına çağırıb, danlamış və bununla da problem aradan qalxmışdır. Bu dəfə isə yerli polis filan köməyə çatmayıb və V.İsgəndərli bıçaqlanıb. Yəqin ki, Fransa polisi cinayət hadisəsini ört-basdır edəcək. Çünki dərinə gedilməsi və araşdırma filanın aparılması izlərin Fransa xüsusi xidmət orqanlarının oturduqları binalara gedib çıxa bilər. Bu isə onların ifşası demək olar.

İLHAM ƏLİYEV

Digər xəbərlər