Siyasət

  • 707

Qərbi azərbaycanlılar öz tarixi torpaqlarına qayıdacaqlar ŞƏRH

image

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz
ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam oldu. Üç il əvvəl Aşıq
Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki
Sərəncam imzalanmışdır. Birinci Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik
yubileyi dövlət səviyyəsində qeyd edildi. Digər Sərəncam əsasında isə, onun
abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Aşıq Ələsgər çoxəsrlik keçmişə
malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun
qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər
xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və
vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna
potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli
yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox
sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el
şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri
dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına
salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın bariz təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və oğlu Heydər
Əliyevin sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli
nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak
etməsi mühüm tarixi əhəmiyyət daşıyır. Bu addım mədəni irsimizin qorunması ilə
yanaşı həm də Qərbi azərbaycanlılar üçün nikbin bir mesaj, onların dədə-baba
yurdlarına qayıtmaların inamın daha da artması deməkdir. Cənab Prezidentin
çıxışında da bu məsələlər xüsusi diqqətə çatdırıldı, tarixi həqiqətlər dilə gətirildi.
Cənab Prezident dahi sənətkarın həyatından bəzi vacib məqamları qeyd edərək
bildirdi ki, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə
mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində
öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi,
1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz
qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi
Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim
xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu
Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də
Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından
Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq
sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən
sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat
etmişdir. Hamımız yaxşı bilirik ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq
Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və
bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır.
Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun
abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi
Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri,
məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən
dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında
bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi.

Bəli bu tarixi gerçəkliklər dünya ictimaiyyətinin gözü qarşısında baş verib.
Həqiqətlərin söz bayramında, Aşıq Ələsgər bayramında dilə gətirilməyi həm də o
deməkdir ki, bu ədalətsizliyə də son qoyulacaq, Qərbi azərbaycanlılar öz yurd
yerlərinə dönəcəklər. Cənab Prezident vurğuladı ki, xalqımız XX əsrdə üç
deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə
ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş
vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz
dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim
qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə
dalğasına məruz qalmış Qərbi azərbaycanlılar da bir gün öz dədə-baba torpaqlarına
qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən
sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi
azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar. Bu fikirlər Qərbi
Azərbaycana qayıdışa çağırışdır, inamların yaşaması üçün bir stimuldur.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər