Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 32-ci ildönümü münasibətilə Sabunçu rayonu, Balaxanı qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev və YAP fəalları iştirak ediblər.
Aksiyanın əsas məqsədi ekoloji maarifləndirmə, yaşıllıqların bərpasını təşviq etmək, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizəyə dəstək olmaqdır. Aksiya çərçivəsində, ümumilikdə 400-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib.
Milli Məclis Lüksemburq Deputatlar Palatasının qətnaməsinə münasibət bildirib