Siyasət

  • 510

İsmayıllıda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib TƏDBİR

image

Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatında partiyanın yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, gül dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.

Tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasından ötən 32 il ərzindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsinin və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu deyən Zaur Muradov diqqəti ölkəmizin əldə etdiyi uğurlara, qazanılan nailiyyətlərə və qələbələrə çəkərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbi oldu.

Daha sonra çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədova, İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Xuraman Qurbanova, İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri, partiya veteranı Valeh Salehov və digərləri Ulu öndər Heydər Əliyev ideyalarını davam etdirən Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırıblar. Qeyd olunub ki, dünyada müxtəlif böhran vəziyyətinin hökm sürməsinə baxmayaraq, ölkə iqtisadiyyatımızın sürətli inkişafı, ictimai-siyasi sabitliyimizin davamlı bərqərar olunması dövlət başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Bu siyasətin davamı ölkəmizi daha da işıqlı gələcəyə aparacaq və dünyadakı nüfuzunu möhkəmləndirəcək.

Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiyanın üzvlük vəsiqələri və partiya sıralarında fərqlənənlərə Fəxri Fərman təqdim edilib.

Digər xəbərlər