Siyasət

  • 1 195

Sergey Markov: COP29 Bakı konfransında mümkün olmayana nail olundu - MÜSAHİBƏ

image

"Azərbaycan bu gün qlobal cənubun, qlobal əksəriyyətin liderlərindən biridir. O, inkişaf etməkdə olan ölkələrə sözdə deyil, əməldə kömək edir"

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Baku” portalına müsahibəsində Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında sədrliyinin yekunlarını şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Sergey Aleksandroviç, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasının nəticələrini necə qiymətləndirirsiniz?

- Əlbəttə, Azərbaycanın COP29-a sədrlik edən ölkə kimi irəliləyişindən danışmaq olar. Düşünürəm ki, münaqişələrin bitmədiyi, müxtəlif tərəflər arasında dərin bölünmə və böhranın mövcud olduğu bugünkü geosiyasi şəraitdə iqlimlə bağlı konkret məqamlarda razılığa gəlmək çox dəyərlidir.

Məsələ burasındadır ki, son vaxtlar dünyada iqlimlə bağlı ciddi skeptisizm müşahidə olunur. İqlim gündəmini fəal şəkildə təbliğ edən qüvvələr sarsıdıcı məğlubiyyətə uğramağa başladılar. Bunu ABŞ (Bayden/Harris komandası), Almaniya, Fransa haqqında demək olar.

Biz görürük ki, əvvəllər ekoloji gündəmi irəli sürən Qərb dövlətləri indi ciddi daxili problemlər yaşayır və iqlim problemləri bunun fonunda kənara çəkilib.

Bunun fonunda inkişaf etməkdə olan ölkələr, əksinə, daha fəal mövqe tutublar. Azərbaycan COP29-un hazırkı sədri kimi nəticələrin olmamasının qarşısını aldı. Çünki konfransda iqlimin maliyyələşdirilməsinin razılaşdırılması ilə bağlı danışıqlar çox çətin keçdi və sammit daha bir gün uzadıldı. İnkişaf etməkdə olan ölkələr onlar üçün vahid iqlim maliyyəsinin yaradılmasını tələb etdilər, Qərb bloku ölkələri maliyyələşdirmə rəqəmini azaltmağa hər cür cəhd göstərdilər. Axı obyektiv baxsaq, Qərb ölkələri hazırda iqlimlə maraqlanmır, Ukraynaya sərmayə qoymalıdırlar, onlar tamamilə lazımsız müharibəyə qarışıblar və buna görə də bu dövlətlərin iqtisadiyyatının səmərəliliyi aşağı düşür. Və belə başa düşülür ki, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizənin əsas yükü inkişaf etmiş ölkələrin üzərinə düşür.

Nəticədə, Bakıda keçirilən COP29-da illik iqlim maliyyələşdirməsini 3 dəfə artırmaq mümkün oldu. Əgər əvvəllər 100 milyard dollar idisə, indi razılaşdırılmış məbləğ 300 milyard dollardır. Bundan əlavə, Azərbaycan BMT-nin iqlim konfransının sədri kimi illik maliyyələşdirmənin 1,3 trilyon dollara çatdırılması ilə bağlı gələcək hədəf təyin etməyi təklif edib. Həmçinin iqlim konfransında Paris sazişinin 10 il ərzində razılaşdırıla bilməyən 6-cı maddəsi təsdiq edilib. Bundan əlavə, inkişaf etməkdə olan ölkələrə yardım üçün itkilərin və zərərin ödənilməsi üzrə Fondun tam fəaliyyətə başlaması barədə razılaşmalar əldə olunub. Çətin geosiyasi vəziyyətdə və qlobal Şimalla qlobal Cənubun bir-birini anlamaması şəraitində bunu böyük nailiyyət hesab etmək olar. BMT-nin baş katibi də bunu vurğuladı. Bakı konfransında demək olar ki, mümkün olmayana nail olundu.

Təbii ki, Azərbaycanın 13 günlük iqlim konfransı keçirməsi onun beynəlxalq aləmdə imicini artırır. O, bir daha ədalət gündəmini- inkişaf etməkdə olan ölkələr üçün ədaləti təbliğ edir. Azərbaycan bu gün qlobal cənubun, qlobal əksəriyyətin liderlərindən biridir. O, inkişaf etməkdə olan ölkələrə sözdə deyil, əməldə kömək edir.

Konfrans Azərbaycanın iqtisadi yüksəlişinə də öz töhfəsini verir. COP29-da 196 ölkə təmsil olunub. İştirakçıların böyük axını oldu. İndi də müxtəlif ölkələrin nümayəndələri Azərbaycana turist kimi qayıdacaqlar.

- COP29 Qərb qüvvələrinin bir sıra təxribatları ilə müşayiət olundu. Almaniyanın xarici işlər naziri Annalena Barbok Bakıda keçirilən iqlim konfransına Ermənistandan gəlib və COP29 tribunasından Azərbaycanda insan haqları problemlərindən danışıb. Bundan əlavə, eyni kürsüdən o, Rusiyanın dünyadakı guya mənfi amili mövzusunu qaldırmağa başladı. Daha sonra o, bildirdi ki, Azərbaycan ümumilikdə iqlim məsələsində birtərəfli oynayır. Bundan əlavə, COP29-da anti-Azərbaycan bəyanatları ilə tanınan iki amerikalı konqresmen iştirak edib...

- Həqiqətən də, Azərbaycan COP29-da sədrliyinin məqsədlərindən birini iqlim gündəmi vasitəsilə qlobal Şimal ilə qlobal Cənub arasında körpülər qurmağı qarşısına qoyduğu halda, Qərb qüvvələri təxribatlar törətdi. Bir tərəfdən deyə bilərik ki, Qərb COP29-da körpülərin yaranmasının baş verməməsi üçün hər şeyi etdi. Amma onsuz da sənədlər qəbul edilib. İnkişaf etməkdə olan ölkələr təsdiq edilmiş maliyyələşdirməni yumşaq desək, kiçik hesab etsə də. Amma Azərbaycan öz tərəfdən mümkün olan hər şeyi etdi.

Bakıda keçirilən iqlim konfransından əvvəl və onun gedişində Qərbdən çoxsaylı təxribatlar olub. Amma burada deyə bilərik: əgər Berbok eyni platformada Azərbaycanı, hətta Rusiyanı tənqid edirsə, deməli, Bakı hər şeyi düz edir. Üstəlik Berbok Azərbaycan əleyhinə bəyanatları ilə tanınır. Görünür, o, müvafiq qüvvələrin təsiri altındadır.

Rusiyaya qarşı tənqidlərə gəlincə, Burbok aqressiv maraqların təşviqi üçün yeni platforma tapmışdı.

COP29-dan əvvəl Qərb dövlətləri və strukturları tərəfindən atılan o antiazərbaycan addımlara gəldikdə Azərbaycan sadəcə olaraq buna əhəmiyyət verməməlidir. Çox vaxt Qərbin təsir etmək istədiyi ölkədə böyük hadisə planlaşdırılanda həmin ölkənin opponentləri fürsətdən istifadə edərək ona “hücum” edirlər. Və belə “hücumlar” avtomatik olaraq Azərbaycanın COP29-un sədri kimi böyük rolunun etirafıdır.

- Erməni müxalifəti Azərbaycanın COP29 keçirməklə öz imicini yaxşılaşdırdığını dedi və onlar deyirlər ki, respublikanın hakimiyyət orqanları bu vəziyyətdən istifadə etmək imkanı qazansa da, heç nə etmədilər.

- Ermənistan COP29-a getməkdən imtina etməklə sülh müqaviləsinin əleyhinə olduğunu göstərdi. İrəvanda nə sülh, nə də müharibə dövləti istəyirlər. Bundan əlavə, onlar iqlim gündəmində öz məsuliyyətlərini götürmək istəmirlər.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər