Siyasət

  • 355

İddia təmin olunsa Əli Kərimli 2 il müddətinə azadlıqdan məhrum ediləcək ANALİZ

image

Yalan, populist çıxışlar, iddialı və hikkəli fikirlərlə uzağa getmək mümkünsüzdür. Ola bilər ki, bu cür metodlarla gerizəkalı, məram və məqsədlərini anlamayan bir qrupu yoldan çıxartmaq və özünün məkrli planlarına alət edilsin. Ancaq belə vasitə ilə davamlı fəaliyyət göstərmək çətindir. Daha doğrusu “oğurluqla pis yol tutanın ömrü 40 gün çəkər” məsəlinə uyğun olaraq yalan və populist fikirlərlə mövqe sahibi olacaqlarını, geniş dəstək qazana biləcəklərinin də xəyalları 40 gün çəkir. Elə götürək dağıdıcı müxalifət düşərgəsində təmsil olunan Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər, Cəmil Həsənli və bu kimi digər partiya mənsublarının yalan və populizm üzərində qurulan fəaliyyətlərini. Bu məxluqlar siyasi fəaliyyətləri dönəmin də düz danışmaq, ədalətli mövqe sərgiləmək, səmimi olmaq, haqqı və ədalətin yanında olmaq kimi insani prinsiplərdən və qaydalardan uzaq olublar. Onların ki, ancaq dövlətə qarşı əsassız ittihamlar səsləndirmək, xalqını sevən, dövlətinə bağlı olan şəxsləri jantaj etmək, haqlarında böhtanlarla çıxış etmək olub. Ona görə də, siyasi uğur qazanmaq baxımından nəticə əldə edə bilməyiblər. Bu gün də onlar Azərbaycan müxalifətinin qara ləkəsi hesab edilirlər və əqidə dostları, məslək yoldaşları hesab etdikləri şəxslər tərəfindən belə tənqid olunurlar. Əli Kərimlinin partiyadaşları tərəfindən sərt şəkil də tənqid olunması, hətta məhkəməyə verilməsi qeyd olunanlara misal ola bilər.

Əli Kərimlini ciddi cəza gözləyir

Təbii ki, lider hesab olunan müxalif partiya sədrlərinin səhv, yanlış siyasət aparmalarından ən çox əziyyəti sıravi üzvlər, xüsusilə də partiyaların özləri çəkirlər. Ə.Kərimliyə qarşı partiyadaşının irəli sürdüyü ittihamdan yalnız Ə. Kərimli zərər görmür, zatən o bu kimi tənqidlərə və ittihamlara öyrəncəlidir, daha çox zərbənin AXCP aldığı desək, səhv etmərik. Çünki Ə.Kərimlinin ağılsız siyasəti səbəbindən AXCP ictimai siyasi proseslərdən kənarda qalır, cəmiyyətin qınaq obyektinə çevrilir, üzvləri sərt tənqidlərə məruz qalır. Parçalanmaların, qopmaların yaranmasının da səbəbi Ə.Kərimlinin fars-molla rejiminin düşüncəsiz mollalarısayağı fəaliyyət yolu tutmasından qaynaqlanır. Elə cəbhəçilər də var ki, istefa vermək haqqında düşünmür, əksinə Ə.Kərimli ilə məhkəmə çəkişməsinə girərək hüquqlarının müdafiəsi uğrunda mübarizə aparır. Hətta AXCP Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün Nəsimi rayon Məhkəməsinə müraciət edib. Nəsimi rayon Məhkəməsində AXCP sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanması üçün şikayətə baxılıb. Müəyyən araşdırmadan sonra proses dekabrın 18-ə qədər təxirə salınıb. Aydın Əliyev bildirib ki, Əli Kərimli müxtəlif internet kanallarında, AXCP Ali Məclisinin toplantısında onun etibarını itirdiyini, hökumətpərəst siyasətinə görə partiyadan xaric edildiyini, daha sonra hakimiyyətin məhkəmələrin əli ilə onu zorla partiyaya bərpa etdirdiyini deyib: “Əli Kərimli onu da bildirib ki, hakimiyyət Aydın Əliyevin vasitəsilə - onun məhkəmədə qaldırdığı iddia əsasında AXCP-nin keçirdiyi qurultayın nəticələrini ləğv elətdirib. Ə.Kərimli ona böhtan atmaqla şərəf və ləyaqətimi təhqir edib”.

Əli Kərimli sədrlikdən uzaqlaşdırıla bilər

A.Əliyevin sübut və dəlilləri məhkəməyə təqdim etməsi onu deməyə əsas verir ki, Ə.Kərimlinin cəzadan yaxa qurtarması mümkün deyil. Əgər A.Əliyevin iddiası təmin edilsə o zaman Əli Kərimlini 6 aydan 2 il -ə qədər azadlıqdan məhrum edilməsi cəzası gözləyir. Ən yaxşı halda müxtəlif formada islah işlərinə cəlb edilməsi cəzasını ala bilər. Təbii ki, əgər məhkəmə A.Əliyevin tam və ya qismən də olsa iddiasını təmin edərsə o hal da Ə.Kərimli üçün siyasətdə qalmaq utancverici olacaq. Yəni xəcalət çəkmək hissini itirsə də, AXCP sədrliyindən getməli olacaq. Bununla da AXCP Ə.Kərimli kimi bir diktatorun və yanlış siyasət aparmaqla cəbhəçilərə böyük hörmətsizliklər gətirən şəxsin girovluğundan azad edilər. Əgər Ə.Kərimli həbs olunsa və sədrlikdə qalmaqda israr etsə, o zaman AXCP mövcudluğunu itirər. Yəni qeyri-rəsmi də olsa fəaliyyətini dayandıra bilər. Nəzərə almaq lazımdır ki, AXCP-nin 2023-cü iyulun 5-də keçirildiyi iddia olunan qurultayının nəticələri Ədliyyə Nazirliyi reyestrə salınmasından imtina edib. Buna səbəb kimi AXCP Nəzarət-Təftiş Komissiyasının sədri Aydın Əliyevin qurultayın qərarlarının tanınmaması barədə məhkəməyə müraciət etməsi göstərilib. Aydın Əliyev bildirib ki, ona Nəzarət-Təftiş Komissiyasının sədri kimi partiyanın şəhər və rayon təşkilatlarının konfranslarında iştirak etmək istəyimə baxmayaraq imkan verməyiblər və partiya sənədləri ilə tanış olmaqdan kənarlaşdırıblar. Bu səbəblərdən AXCP-nin qurultayının nəticələrinin etibarsız hesab edilməsi barədə “Siyasi Partiyalar haqqında” qanunun 21.5 uyğun olaraq 8 avqust 2023-cü ildə Nəsimi rayon Məhkəməsinə müraciət etmişəm. Bir ilə yaxın çəkən məhkəmə çəkişməsindən sonra məhkəmə mənim iddia ərizəmi təmin edib, qurultayın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edib. Məhkəmənin qətnaməsi məni qane edir. Qətnamənin yerinə yetirilməsi üçün sonadək mübarizə aparacam”.

Bütün bu və digər amillər təsdiq edir ki. AXCP Ə.Kərimlinin yanlış siyasət aparması səbəbindən parçalanma mərhələsini başa vurub, dağılma dövrünə adlayır. Vəziyyətin aradan qaldırılması, problemin həll edilməsi isə mümkünsüz görünür. Çünki Ə.Kərimli AXCP sədrliyində qalmaqda israr edir. Həm də o hüququn aliliyinə qarşı hörmətsiz davranış nümayiş etdirir. Bu isə daxildə əlavə problemlərin yaranmasına gətirib çıxarır ki, bu problemlərin də həll edilməsi mümkün deyil. Yalnız bir halda AXCP mövcudluğunu qoruyub saxlaya, hətta normal inkişafını təmin edə bilər. O da Ə.Kərimlinin sədrlikdən getməsidir. Əks halda AXCP tarixin arxivinə göndəriləcək.

İLHAM ƏLİYEV

Digər xəbərlər