"Politico" nun Avropa bürosu Azərbaycandan üzr istəmək və saxta məlumatları əks etdirən məqaləsini təkzib etmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində yazıb.“Politico”nun məqaləsində Azərbaycan mediasına istinadən yazılıb ki, Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal edib. Lakin qeyd olunan məsələ idxal deyil, mübadilə əməliyyatıdır. Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu, normaldır. Təəssüf edirəm ki, məqalədə mübadilə və idxal arasında fərq qoyulmur”, - H.Hacıyev yazıb.O, Avropa Komissiyasının enerji məsələləri üzrə sözçüsü Tim Makfinin (Tim McPhie) “Aİ bazarlarını təmin edən Cənub Qaz Dəhlizi Azərbaycanın daha geniş təbii qaz sisteminə deyil, yalnız Azərbaycanın qaz yataqlarına bağlıdır” sözünü xatırladıb və bunun doğru olduğunu vurğulayıb:“Aİ rəsmisinin bəyanatı doğrudur və biz bununla tam razıyıq. Azərbaycan 2024-cü ildə Rusiyadan qaz idxal etməyib".“Politico” orada olmadığını bilərək qaranlıq otaqda qara pişik axtarışındadır. Buna uyğun bir Azərbaycan atalar sözü var: “Yalançını evinə qədər qovmaq lazımdır”, - Prezidentin köməkçisi qeyd edib.