"Təşəbbüs qrupunun tərkibində də əsasən gənc millət vəkilləri var. Onların fəaliyyəti gələcəkdə daha da uğurlu olacaq". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin komitə iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.Onun sözlərinə görə, Ağsaqqallar Şurası olaraq Qərbi Azərbaycan İcması yarandığı gündən fəaliyyətə başlamışıq: "Bu fəaliyyət təkcə Respublikamızda deyil, sərhədlərdən kənarda da özünü göstərir. Biz də artıq beynəlxalq miqyasa çıxmışıq. Türkiyədə Əziz müəllimin də dəstəyi ilə bir neçə tədbirlər keçirdik. Türkiyə böyük Millət Məclisində Türkiyə-Azərbaycan təşəbbüs qrupunun təşəbbüsü ilə belə üç tədbir keçirmişik. Universitet heyəti ilə keçirdiyimiz Qərbi Azərbaycan mövzusunda keçirilən tədbirdə gənclər də iştirak edirdilər. Biz dərnəklərin iştirakı ilə də belə tədbirlər keçirmişik. Son dərəcə vacib olan tədbir odur ki, beynəlxalq konqres keçirilib. İkinci konqres dekabrın 5-də olacaq. 50-dən artıq ölkədən akademik, ictimai, siyasi xadimlər iştirak edəcəklər. Belə tədbirlərin keçirilməsi də Qərbi Azərbaycana qayıdışımızla bağlı uğurlu addım olacaq. Almaniya, Rusiyadan da çox tanınmış insanlar olacaqlar. Ağsaqqal Şurasının üzvləri burada iştirak edirlər".