Bələdiyyə seçkiləri ilə əlaqədar keçirilən maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 2-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.O qeyd edib ki, bununla əlaqədar təkliflər olmalıdır:"Mən komissiya üzvlərindən bu barədə təkliflərini almaq istəyirəm. Yaxın bir neçə gündə təklifləri təqdim etmək lazımdır. Bələdiyyə seçkiləri ilə bağlı aparılan maarifləndirmə işləri fərqli ola bilər".