Azərbaycan dövləti hər zamam xarici əlaqələrin inkişafına böyük üstünlük vermişdir. Buna misal olaraq bu yaxınlarda ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının baş naziri İrakli Kobaxidzenin səfərini göstərmək olar.Baş nazirin ölkəmizə səfərinin isə xüsusi əhəmiyyəti vardır.Bu əhəmiyyətə Azərbaycan-Gürcüstan dövlətinin tarixi dostluq əlaqələri,iqtisadi əməkdaşlıq əlaqələri daxildir.Tarixdən bəri daima iki dost ölkə arasında bir sıra körpülər yaranmışdır.Baş nazirin də ölkəmizə səfəri zamanı:“Bu münasibətlərin və dostluqların daha da dərinləşməsi bizim üçün son dərəcə vacibdir. Bunun həm bizim üçün, həmçinin, əminəm ki, Azərbaycan üçün strateji əhəmiyyəti var. Mən bir daha şəxsən prezident Əliyevə Gürcüstana və gürcü xalqına yönəlik dəstəyinə və Gürcüstan-Azərbaycan münasibətlərinin dərinləşməsinə verdiyi töhfəyə görə minnətdarlığımı bildirmək istəyirəm” deyərək bu fikirləri səsləndirməsi bir daha dövlətimizin davamlı uğurlarının məcmusudur.İki ölkə arasında ən böyük əməkdaşlıq sahəsindən biri isə enerji iqtisadi sahəsidir.Xüsusilə Enerji əməkdaşlığında Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub.Azərbaycan Gürcüstan ərazisindən keçməklə 11 ölkəyə öz təbii qazını ixrac edir və ildən-ilə bu ixracı daha da artırır. Gürcüstanın özünün istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.Yəni, bu, doğrudan da bu lahiyə xüsusi əhəmiyyətə malik layihədir və getdikcə Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənəcək.Eyni zamanda, hər iki ölkə Orta Dəhliz layihəsində yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Böyük coğrafiyanı əhatə edən bu layihədə Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Həmçinin ölkələrimizdə nəqliyyat infrastrukturunun genişləndirilməsi və rəqəmsallaşdırılması layihəsi icra edilir ki, bu layihələrin də uğurlu nəticələri yaxın gələcəkdə özünü göstərəcək.Gördüyünüz kimi ölkəmiz bu tip böyük layihələrə ev sahibliyi edir və dünya çapında olan iqtisadiyyatında öz sözünü deyir.Cənab prezidentimizin uğurlu və uzaqgörən siyasəti nəticəsində Azərbaycan nəinki enerji sahəsində istənilən bütün iqtisadi sahələrdə inkişaf edir və öz sözünü deyir.
Elgün Rüstəmli
YAP Yasamal Rayon təşkilatının gənc fəalı