PDF Oxu

Siyasət

  • 1 247

Köçəryanın saf revanşizm strategiyası - ŞƏRH

image

Bu günlərdə Ermənistanın 2-ci prezidenti Robert Köçəryan ATƏT-in Minsk Qrupu ilə bağlı açıqlama verib. “Biz indi sürətlə dəyişən dünya ilə qarşılaşırıq. Heç kim dəqiq nə olacağını deyə bilməz, amma istiqamət təxminən aydındır. Bunun fonunda danışıqlar prosesində qarşısıalınmaz itkilərə səbəb olacaq addımların atılması axmaqlıqdır. Minsk Qrupu nəyin bahasına olursa olsun qorunub saxlanılmalıdır. Əgər ATƏT-in Minsk Qrupu indi buraxılsa, belə yeni beynəlxalq formatın formalaşdırılması son dərəcə çətin olacaq. Bugünkü vəziyyətdə MQ-nu nə dayandırır? O, mövcuddur, danışıqlar formatıdır, qoy qalsın. Əgər başqa iş formatı yaradılarsa, yalnız bundan sonra onu ləğv edin”,- Köçəryan bildirib.

Yəni, Qarabağda separatizmin qızışdırılmasında iştirak etmiş, özünü “DQR” elan etmiş, qeyri-qanuni “prezident” olmuş və Azərbaycanın bu regionunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalına göz yuman şəxs indi Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hesablanmış beynəlxalq formatın səlahiyyətlərinin qorunub saxlanmasına çağırır. Lakin məlum olduğu kimi, Minsk qrupu bu tapşırığı yerinə yetirə bilmədi və nəticədə Azərbaycan başqa yolla öz ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibənin sonunda Bakı dərhal ATƏT-in Minsk Qrupunun artıq heç bir funksional əhəmiyyət kəsb etmədiyi üçün onun buraxılmasının zəruriliyini bəyan etdi– Qarabağ münaqişəsi həll olundu.

Tədricən Ermənistan rəhbərliyi də bunu anladı. Artıq ötən il Nikol Paşinyan hökuməti bu formatın bundan sonrakı mövcudluğunda heç bir mənası olmadığını rəsmən etiraf etdi, çünki yalnız sülh sazişi bağlamaq qalır və bu məsələ ilə bağlı substantiv danışıqlar birbaşa və vasitəçilərsiz yalnız Bakı ilə İrəvan arasında aparılırdı.

Bəs Köçəryan və onun arxasında duran qüvvələr nədən narazıdır? Bu, istənilən yolla Azərbaycana və Ermənistana xarici təsir imkanlarını qorumaq və artıq həll olunmuş Qarabağ məsələsini “həll olunmamış” kimi saxlamaq cəhdi deyilmi? Bu halda Köçəryan konkret hansı məqsədlər güdə bilər?

Ekspertlər bunun bağlı fikirlərini caliber.az-a açıqlayblar. Şərhləri oxucuklarımıza təqdim edirik.

Rusiyalı ekspert, “Demokratik seçim” siyasi partiyasının həmsədri, “Liberal missiya” (Moskva) fondunun idarə heyətinin üzvü Sergey Javoronkovun sözlərinə görə, ona elə gəlir ki, Köçəryanın sözləri boş sözlərdir.

“SSRİ-də belə bir deyim var idi: Yevtuşenko kolxozların əleyhinədirsə, mən də onların tərəfdarıyam. Bu sözlər başqa bir şairə- Brodskiyə aid edilir. Köçəryan da belədir. O, müxalifətdədir və ona “Afərin, Paşinyan, sən hər şeyi düz deyirsən” demək çətindir. Bütün Ermənistan müxalifəti Paşinyanın guya Qarabağı təslim etməsi mövzusundan sui-istifadə edir. O, haqlı olaraq cavab verir: “Müharibəni bərpa etməyi təklif edirsiniz?” Yaxşı, o zaman mənə qələbə planını danışın. Buna cavab olaraq müxalifət yüksək səslə, “bunu başqa cür etmək lazım idi” kimi ümumi sözlər səsləndirir, amma dəqiq necə olduğunu göstərmir”,- deyə siyasətçi xatırladıb.

Bununla belə, o qeyd edib ki, Paşinyan parlamentdə mütləq çoxluğa malikdir, ona görə də Köçəryan nə istəsə deyə bilər, bunun vəziyyətə heç bir təsiri yoxdur.

“Etiraf edirəm ki, o, köhnə yaxşı münasibətlərdən istifadə edərək, müqavilənin imzalanmasının uzanması kontekstində özünü bir növ danışıq iştirakçısı kimi Putinə satmaq istəyir. Lakin Putin başa düşür ki, Azərbaycanda terrorçu kimi tanınan Köçəryanın danışıqlar apara bilməsi mümkün deyil”,- Javoronkov vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru, diplomat Fərid Şəfiyev (Bakı) öz növbəsində bildirib ki, Paşinyan da bir müddət bu taktikaya, daha doğrusu, bəlkə də ATƏT-in Minsk Qrupunun saxlanılmasının zəruriliyi ilə bağlı strategiyaya qismən əməl edib, lakin sonradan tədricən ondan uzaqlaşmağa başlayıb.

“Fakt budur ki, Ermənistanın siyasi mühitində istər müxalifətdə, istərsə də iqtidar komandasında belə bir fikir var idi və var ki, bəli, biz müharibəni uduzmuşuq, lakin hətta 2023-cü ilin sentyabrında ermənilər Qarabağdan könüllü çıxarıldıqdan sonra belə, Ermənistan Konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsinə iddiaları ilə bağlı preambulanın saxlanması formal olaraq zəruridir. Minsk Qrupu ilə eyni şey - yalnız kağız üzərində olsa belə, eybi yoxdur, heç olmasa bu formada qalsın. Bu isə 5, 10 və ya 15 ildən sonra yenidən bu məsələyə qayıtmaq məqsədi ilə edilir.

Yəni, onların anlayışına görə, bunlar hüquqi əsaslardır. Necə ki, ATƏT-in Minsk qrupu mövcud olduğu üçün bu, münaqişənin (ən azı ATƏT çərçivəsində) həll olunmaması deməkdir. Artıq dediyim kimi, Qarabağla bağlı onların konstitusiyasında da eyni şey var”,- diplomat bildirib.

Paşinyan sadəcə başa düşdü ki, danışıqlar çərçivəsində bu məsələlər həll olunmasa, Azərbaycan heç bir sülh müqaviləsinin imzalanmasına razı olmayacaq”,- o qeyd edib.

“Məlumdur ki, Minsk Qrupunun buraxılması ilə bağlı müddəa artıq sülh sazişi layihəsinə daxil edilib. Müqavilə layihəsində Ermənistan Konstitusiyası qeyd olunmayıb, lakin Bakının fundamental tələblərindən biri gündəmdə qalır: ona Azərbaycana qarşı ərazi iddialarından imtinanı nəzərdə tutan düzəlişlər.

Ona görə də Köçəryanın dediyi əlverişli fürsətdə qeyri-qanuni iddialara qayıtmaq üçün əsas qoymaq istəyidir. “Saf revanşizm strategiyası”- ekseprt bildirb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər