"İğdır- Naxçıvan qaz kəmərinin açılışı Türkiyə və Azərbaycan münasibətlərinin daha da genişlənməsi və dərinləşməsi istiqamətində əhəmiyyətli addımlardan, eyni zamanda Türk dünyasına verilən töhfələrdən biridir. Azərbaycan və Türkiyə qardaş dövlətlərdir, biz bir millət iki dövlətik və bu prinsiplərlə bütün platformalarda bir-birimizi dəstəkləyirik". Bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi layihələrinin tam əksəriyyəti Türkiyə üzərindən reallaşmaqdadır və növbəti ən uğurlu layihələrdən biridə məhz İğdır-Naxçıvan qaz kəməridir: "İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi Naxçıvanın qaza, mavi yanacağı olan tələbatını tam ödəyəcək. Eyni zamanda bu qaz tələbatının şaxələndirilməsi deməkdir və il ərzində 730 milyon m³ qaz Naxçıvana çatdırılacaq. Bu Naxçıvanın əhalisinin, sakinlərinin rahatlığının təmin olunması ilə yanaşı, Naxçıvanda digər iqtisadi inkişafında sürətlənməsini səciyyələndirən bir layihədir. Bütövlükdə bu həm Naxçıvan üçün, həm Türkiyə-Azərbaycan münasibətləri üçün, eyni zamanda Türk dünyası üçün böyük bir töhfədir. Çünki Türkiyə ilə Azərbaycanın bir yerdə olması və Türkiyə-Azərbaycan iqtisadi gücünün artması türk birliyinin gücü deməkdir".