Kİm Çen Donald Trampdan sanksiyaları aradan qaldırmağı və Çənibi Koreyaya dəstəyi dayandırmağı tələb edib
ABu gün dünyamız tarixdə heç zaman üzləşmədiyi fəlakət astanasındadır. Dünyanın bütün qitələrində ölkələrarası müharibələr, vətəndaş qarşıdurmaları hökm sürür. Bu azmış kimi əllərində nüvə silahı olan dövlətlərin həpirim liderləri bəşəriyyəti nüvə silahı ilə hədələyirlər. Müharibələrin, münaqişələrin miqyası genişləndikcə həprim, qocalıb çənələri yerə qədər uzanan liderlərin əllərini nüvə düyməsinə uzatmaq riski də artır. Qanlı müharibələri söndürmək, insan ölümlərini aradan qaldırmaq, şəhərlərin, kənd və qəsəbələrin yerlə yeksan olmasının qarşsını alanda yoxdur. Deyilənlərə və yazılanlara görə, guya ABŞ-ın qocalıb əldən getməkdə olan həpirim prezidenti D. Tramp HAMAS-İsrail müharibəsini, eləcə də Rusiya -Ukrayna savaşını aradan qaldırmağa çalışır. Lakin onun bu siyasətinin arxasında heç dövlət maraqları da dayanmır, başlıca mənafeyi Ukraynanın qiymətli torpaqlarına sahib olmaqdır. Axı o peşəkar alverçidir. Səbəbsiz yerə deyilməyib ki, “alverçi ilə terrorçunun imanı olmaz”. Görünən ondan ibarətdir ki, hələ də HAMAS- İsrail və Ukrayna-Rusiya müharibəsi özünün ən qanlı forması ilə davam etməkdədir. Avropa ölkələrinin başçıları yanan alova bir qədərdə barıt əlavə etməklə, müharibələri, münaqişələri daha da qızışdırılar. Ən təhlükəlisi isə atom bombasından istifadə ediləcəyi barədə tez-tez hədlər eşidilir. Kimlərdi o hədələri edən? Təbii ki, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında aparıcı rola malik olduqlarını iddia edən dövlət başçıları. Rusiya prezidenti Vladimir Putin “Rusiyasız dünya bizim nəyimizə lazımdır” deyərək atom bombasını işə salacağını söyləyir. Şimali Koreyanın yaxın qohumunu raketə bağlayıb qırmızı dənizə atan prezidenti Kim Çen İnn “ABŞ-a qarşı super nüvə silahı tətbiq edəcəyik” deyə bildirir. Fransa prezidenti E.Makron “Rusiyanı nüvə silhı ilə susdura bilərik” deyərək, rəsmi Moskvaya, təbi ki, eləcə də dünyaya meydan oxumağa çalışır.Söz yox ki, bu kimi açıqlamalar təhlükəlidir. Hər an beyni pozulmuş lider, ağılı başında olmayan siyasətçi atom bombasından istifadə etməklə dünyanın varlığına son qoya bilər.
2017-ci il də Şimali Koreya ABŞ-a nüvə zərbəsi endirmək fikrində olub
Atom bombası ilə dünyanı hədləyən ölkə başçıları arasında ən qorxulusu Şimali Koreya prezidenti Kİm Çen İn hesab olunur. Onun ABŞ-la tarixi ədavəti var. ABŞ Şimali Koreyanı bir sıra sanksiyalarla sıradan çıxartmağa və özünə tabe etməyə çalışır. Şimali Koreya isə təslim olmaq fikrində deyil və ABŞ-a cavab olaraq nüvə silahından istifadə edəcəyini bəyan edir. Dəfələrlə Şimali Koreya “Xvason-14” ballistik raketini sınaqdan keçirib. Ölkənin müdafiə nazirliyinin açıqlamasında bildirilir ki, qitələrarası ballistik raketlər bütün hallarda uğurla sınaqdan keçirilib.
ABŞ, Cənubi Koreya və Yaponiya raketlərin qitələrarası olduğunu təsdiq ediblər. Kim Çen İn Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin plenumunda Şimali Koreyanın ABŞ-a qarşı super sərt cavab strategiyasına sadiq qalacağını bəyan edib: “Amerika antikommunizmi daimi dövlət siyasəti hesab edən ən mürtəce dövlətdir. ABŞ-Yaponiya-Cənubi Koreya alyansının aqressiv nüvə hərbi bloku kimi genişləndiyi və Koreya Respublikasının dövlətlər üçün ardıcıl anti-kommunist forpostuna çevrildiyi zaman reallıq Şimali Koreyanın hansı istiqamətdə getməli olduğunu açıq şəkildə göstərir”. Hələ 2017-ci il də Şimali Koreya ABŞ-a nüvə zərbəsi endirmək fikrində olub. Hətta bunla bağlı hazırlıqlarda görülüb. Rusiyanın məsləyə fəal müdaxiləsi, xüsusilə də Rusiya prezidenti V. Putinin Şimali Koreya prezidenti Kim Çen Inlə söhbətlərindən və danışıqlarından sonra Pxenyan ABŞ-ı məhv etmək qərarını təxirə salıb. Məlumata görə, o zaman Rusiyada səfərdə olmuş Şimali Koreyanın nümayəndə heyətinin prezident Vladimir Putinə təqdim etdiyi məktubda Pxenyanın ABŞ-a nüvə zərbəsi etdirməyə hazır olduğu bildirilib. Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko vasitəsi ilə Vladimir Putinə çatdırılan məktubda Pxenyanın ABŞ-a nüvə zərbəsi etdirməyə hazır olduğu qeyd olunub. Məhz ABŞ tərəfi həmin məktub barədə məlumatlandırıldıqdan sonra Vaşinqtonun KXDR-ə dair mövqeyi dəyişib və güzəştlər getməyə məcbur olub. Şimali Koreyanın ABŞ-ı hədələməsindən sonra ABŞ ordusunun admiralı Corc Stefan Şimali Koreyanın ABŞ-a nüvə raketləri ilə zərbələr endirəcəyini istisna etmədiklərini bildirib. Qeyd edib ki, Şimali Koreya lideri Kim Çen Inın ABŞ-ı nüvə silahı ilə hədəf seçməsi üçün ordusuna göstəriş verib. Bu günlər açıqlanan məlumata görə, Km Çen İn yenidən qəzəb atının belinə minərək, ABŞ-ın yeni prezidenti D.Trampı hədələməyə başlayıb. Bildirib ki, əgər ABŞ Şimali Koreyaya qarşı sanksiyaları aradan qaldırmasa və Cənubi Koreyanı və Yaponiyanı silahlandırmaq da davam edərsə, o zaman ABŞ-a qarşı nüvə silahını tətbiq edəcək.
Dövlətlər nüvə silahı ilə dünyanı qorxu altında saxlamağa çalışırlar
Aparılan araşdırmalara görə, dünyada 14,995 ədəd nüvə başlığı mövcuddur. Hər bir atom bombasına malik dövlət nüvə silahı ilə dünyanı qorxu altında saxlamağa çalışırlar. Hazırda dünya üzərində nüvə silahı sınaqlarını uğurlu şəkildə tamamlamış 8 dövlət mövcuddur. Rusiyanın 7000 nüvə bombası, ABŞ-ın 6800 nüvə bombası, Fransanın 300 nüvə bombası, Çinin 270 nüvə bombası, İngiltərənin 215 nüvə bombası, Pakistanın 140 nüvə bombası, Hindistanın 130 nüvə bombası, İsrailin 80 nüvə bombası, Şimali Koreyanın 60 nüvə bombası var. İlk dəfə atom bombasından ABŞ Yaponiyaya qarşı istifadə edib. ABŞ 1945-ci ilin avqustun 6-da Yaponiyanın Xirosima şəhərinə, 9 avqust 1945-ci ildə Naqasaki şəhərinə isə ikinci atom bombasını atıb Nəticədə 450 min insan həyatını itirib, yüz minlərlə insan yaralandı və psixoloji təsirləndi. Xirosima üzərinə dünyanın ilk hücum atom bombası olan Little Boy atılarkən bomba yerə düşdükdən 45 saniyə sonra sensorlarından gələn məlumatlara uyğun olaraq atəş mexanizmini işə salıb. Partlayıcı maddələr sayəsində bir-birindən ayrı yerləşdirilən Uran 235 (U-235) izotopunun kütlələri bir-biri ilə toqquşub. Bu toqquşmadan sonra parçalanma reaksiyalarının partlayışa səbəb olacağı kritik kütlə aşılıb. ABŞ vəhşi və qəddar əməllərinə görə, dünya xalqlarından üzr istəməkdənsə, insanlığa yönələn soyqımı əməllərinə daha da genişləndirib. Nəticə də ABŞ 1952-ci ildə atom bombasından daha təsirli və dağıdıcı bir silah olan hidrogen bombasını yaradıb. İlk bomba 1954-cü ildə Sakit okeandakı Marşal adalarına atılaraq sınaqdan keçirilib. Bu bomba Xirosima və Naqasakiyə atılan bombalardan 1000 qat daha çox dağıdıcı gücə sahib olub. Nüvə sahəsində SSRİ də ABŞ-dan geri qalmayıb və 1961-ci ildə istehsal etdiyi “Çar Bomba” adlı ilk hidrogen bombasını sınaqdan keçirib. SSRİ-nin malik olduğu bomba Xirosimaya atılan bombadan 3800 dəfə güclü olub. Hətta 1961-ci ilin 30 oktyabrında Novaya Zemlyada həyata keçirilən sınaq zamanı yaranan alov topu 965 km aralıdan görünüb.
Nüvə silahı bəşəriyyəti dörd dəfə dağıtmaq gücünə malikdir
Aatom bombasının partlayışı zamanı əmələ gələn radiasiya kosmosda saniyədə 200.000 km-ə yaxın sürətlə hərəkət edən qamma şüaları, neytronlar, elektronlar və daha bir neçə atomaltı zərrəciklərdən ibarət olur. Atom bombası partladıqdan sonra istilik, şok dalğaları və radiasiya vasitəsilə ətrafa ziyan vurur. Parçalanma reaksiyası diametri iki yüz metrdən çox olan alov topunu yaratdı. Atəş kürəsi yaranan kimi ətrafa istilik və işıq yaymağa başladı. Partlayışın ilk anlarında od kürəsi ultrabənövşəyi, infraqırmızı və görünən dalğa uzunluqlarında radiasiya yayırdı. Bu yüksək enerjili işıq (termal şüalanma) insanlara və ya cisimlərə dəydikdə udulur və sürətlə qızdırılır. Qızdırılan qaz kütləsinin diametri böyüyür və ətrafa müxtəlif şüalar yayılır. Bu şüalar onlarla kilometr uzaqda olan hər hansı bir insanda korluğa səbəb ola biləcəək “başlanğıc parıltı”sını meydana gətirir. Bu parlaq işıq Günəş səthindən yayılan işıqdan yüzlərlə qat daha böyükdür. Partlayış anından başlayaraq keçən zaman elə qısadır ki, partlayışın yaxınında olan adam gözlərini qırpmağa belə vaxt tapa bilmir. Partlayışdan 2 saniyə sonra parlayan kütlə və onu əhatə edən hava alov topu meydana gətirir. Səthi çox isti və Günəşdəki qədər, hətta ondan da parlaq olan bu alov topundan yayılan istilik 4-5 km sahədəki bütün yana bilən maddələri alovlandırmağa kifayət edir. Partlayışdan 6 saniyə sonra şok dalğası yerə dəyir və ilk mexaniki zərərlərə səbəb olur. Dalğa şiddətli hava təzyiqi yaradır və bu təzyiqin şiddəti partlayış mərkəzindən uzaqlaşdıqca azalır. Bu yerdən təxminən 1,5 km uzaqda belə təzyiq normal atmosfer təzyiqindən təxminən iki qat artıq olur. Bu təzyiqdə insanların sağ qalma ehtimalı 1%-dir.13 saniyə sonra şok dalğası yayılır və onu alov topunun qovduğu havanın yer dəyişdirməsi səbəbindən yaranan partlayış izləyir. Bu partlayış saatda 300-400 km sürətlə yayılır.Bu zaman alov topu soyuyur və həcmi azalır. Havadan yüngül olduğu üçün də yüksəlməyə başlayır. Yuxarıya doğru yönələn bu təzyiq yerdəki küləyin istiqamətinin dəyişməsinə səbəb olur və şiddətli külək partlayışdan əvvəl partlama mərkəzindən kənara doğru əsirdisə, indi mərkəzə doğru əsməyə başlayır.Partlayışdan 30 saniyə sonra alov topu yüksəldikcə kürə formasını dəyişir və göbələk formasına çevrilir.
Atom bombasının atılması ilə radiasiya qalıqları dünyanın hər tərəfinə yayılır
Nüvə silahının partlamasından saniyələr sonra göbələk formalı bulud 12.000 metrlik yüksəkliyə, yəni atmosferin stratosfer təbəqəsinin altına qədər yüksəlir. Bu yüksəklikdə əsən küləklər göbələk formasında olan buludu yavaş-yavaş dağıdır və buludu yaradan maddələri (əsasən, radioaktiv qalıqları) atmosferə yayır. Bu radioaktiv qalıqlar çox xırda olduqlarından atmosferin daha yüksək qatına çıxırlar. Bu qalıqlar yerə düşməzdən əvvəl atmosferin üst təbəqələrindəki küləklər vasitəsilə dünyanın ətrafında bir neçə dəfə fırlanır. Nəticə də radiasiya qalıqları dünyanın hər tərəfinə yayılır. Mütəxəssislərin bildirdiyinə görə, əgər indiki vəziyyətdə atom bombasından istifadə edilərsə bəşəriyyət də insan qalmayacaq, həm də heyvanat aləmi sıradan çıxacaq. Meşələr, bitki örtüyü , çaylar, dənizlər “nüvə qışı”na çevriləcək. Dünyada nüvə silahının ləğvi ilə bağlı bəzi dövlət rəhbərləri, xüsusilə də atom bombasının ağır nəticələrini yaşamış Yaponiya çox cəhdlər edib, təşəbbüslər göstərib. Lakin dünya Yaponiya hakimiyyətinin, o cümlədən dünyada sülhün və təhlükəsizliyin tərəfdarı olan dövlətlərin, xalqların istəkləri baş tutmayıb. Düzdür 1987-ci ildə aparılan intensiv danışıqlar nəticəsində Rusiya və ABŞ Orta və qısa mənzilli raketlər haqqında Müqavilənin imzalanmasına nail oldular. 3 yanvar 1993-cü ildə isə Rusiya və ABŞ strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması haqqında razılığa gəldilər. Sənəd 2008-ci ilə qədər tərəflərin döyüş başlıqlarının ümumi sayının 3500 ədədə qədər azaldılmasını, həmçinin çoxsaylı döyüş başlıqlarına malik, qurudan atılan qitələrarası ballistik raketlərin məhv edilməsini nəzərdə tuturdu. Müqavilə də əks olunan müddüalara görə, böyük nüvə dövlətlərinin nüvə arsenalının demək olar ki, yarıya qədər azaldılmasını nəzərdə tuturdu. Rusiya və ABŞ strateji buraxılış sistemlərindəki döyüş başlıqlarının sayını 3000-3500-ə, dəniz bazalı ballistik raketlərdəki döyüş başlıqlarının sayını 1750-yə endirməyi öhdələrinə götürdülər.
Müqavilə 1996-cı ildə ABŞ Konqresi, 2000-ci ildə isə Rusiya Federasiyasının Federal Məclisi tərəfindən ratifikasiya edilib. Lakin insanlığa, bəşəriyyətə qarşı yırtıcı xislətlərini davam etdirmək niyyətindən əl çəkmək fikrində olmayan dövlətlər, xüsusilə də ABŞ 2002-ci ildə ABŞ SHS-2-nin bağlı olduğu 1972-ci il ABM Müqaviləsindən çıxdı. Rusiyada ABŞ-ın atdığı addıma cavab olaraq 2002-ci ilin iyununda SHS-2-dən çıxdığını elan edib. Sonradan, yəni 2017-ci ildə BMT- yə üzv olan 122 dövlət tərəfindən Nüvə Silahlarının Ləğvi Barədə Müqavilə sənədini qəbul etməyə nail oldu. Sənəddə nüvə silahı ilə bağlı istənilən fəaliyyəti qadağan edən hərtərəfli tədbirlər əksini tapıb. Müqavilə nüvə silahının istənilən istifadəsini beynəlxalq humanitar qanunvericiliyin prinsip və qaydalarının pozulması kimi müəyyən edir. Sənəd 50 ölkə tərəfindən rəsmən qəbul edilib. Lakin nüvə silahına malik olan ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və digər nüvə silahına malik dövlətlər həmin müqaviləni imzalamaqdan imtina edirlər. Səbəbi də aydındır. Onların yaranışı sakit, sabit dünyaya qarşı olmaq, qayğısız, sülh və təhlükəsiz şəraitində həyat sürmək istəyən dinc insanlara qarşı düşmən kəsilmək olub. Bütün bu özbaşınalıqlar, etinasızlıq onu deməyə əsas verir ki, dünyada sülhün və təhlükəsizliyin qarantı olduqlarını iddia edən dövlətlərin başçıları sadəcə insanlıq hissini itiriblər. Onlar üçün bəşəri dəyərlər, insanlıq deyilən anlayış yoxdur. Şəxsi maraqları, mənafeyləri mövcuddur. Lakin qanmırlar ki, nüvə silahı bəlası yaşanarsa onların özləri, dövlətləri məhv olacaq, bəşəriyyətdə canlı aləm tamamilə sıradan çıxacaq.
İLHAM ƏLİYEV
Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir
Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq