Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında aparılan danışıqların başa çatmasını və sülh sazişinin əldə olunmasını alqışlayır. SİA xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, Səudiyyə Ərəbistanı bu razılaşmanın bölgədə sabitlik və rifahın yeni mərhələsinə gətirib çıxaracağına ümid edir.
Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir
Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq