PDF Oxu

Siyasət

  • 704

Milli Şura fəaliyyətini “dondurur” ANALİZ

image

Hər bir insan öz əməlinə, fəaliyyətinə görə mükafatını və ya tənqidini qazanır. Ona görə də, hər bir insan atdığı addımlarına, etdiyi əməllərinə, danışdığı sözlərinə xüsusi fikir verməlidir. Təəssüf ki, vacib hesab olunan həyati məsələlərə insan olan bəşər övladı əksər hallarda riayət etmir. Xüsusilə də, siyasətdə olub, siyasi fəaliyyətlə məşğul olduqlarını iddia edən kəslər var ki, sözdə milli və dövlətçilik maraqlarına uyğun siyasət yürütdüklərini iddia etsələr də, əməli fəaliyyətlərində öz mənafelərinə, bəzən isə hansısa kənar qüvvələrin istək və tələblərinə uyğun fəaliyyət göstərirlər. Azərbaycanın siyasi səhnəsində yer alan siyasətçilərin, əsasən də partiya sədrlərinin siyasi arenadakı mövqelərini və fəaliyyətlərini səthi də olsa saf-çürük edilsə, kifayət qədər qaranlıq məsələlərə, sual doğuran fəaliyyətlərə aydınlıq gətirilə bilər. Məlum olar ki, bəzi siyasətçilər, xüsusilə də, AXCP, Müsavat, Milli Şura kimi qurumların baş bilənləri üzdə dövlətə, dövləti maraqlara uyğun siyasət yürütdüklərini deyirlərsə, alt qatda min bir hiylə qurmaqla erməni diasporasının mənafeyini əks etdirən siyasət aparırlar. Dəfələrlə iş başında yaxalansalar da, səhvlərindən nəticə çıxarmayıblar. Əksinə, yeni bicliklər və ağılagəlməz fənkirliklərlə əməllərini davam etdiriblər. Bu da onların xarici qrantlara sevdalı olduqlarını göstərir. Baxmayaraq ki, ictimaiyyət onları satqın və xəyanətkar fəaliyyətlərinə görə tənqid edir, iradlar səsləndirirlər. Bu azmış kimi, AXCP, Müsavat, Milli Şuranın sıravi üzvləri cəmiyyətlə həmrəylik nümayiş etdirərək, Əli Kərimliyə, Cəmil Həsənliyə, Müsavatın keçmiş və indiki başqanları İsa Qəmbərin, Arif Hacılının satqın fəaliyyətlərinə ciddi şəkildə narazılıqlarını bildirirlər. Dəfələrlə narazı sıravilər sosial şəbəkələrdə rəhbər şəxslərə qarşı sərt statuslarla, videopaylaşımlarla çıxışlar ediblər.

Milli Şura adlı “mağaza” bağlana bilər

Sıravi müxalifətçilərin narazılıqlarının artması və bu narazılıqların istefalarla müşahidə olunması fonunda Milli Şuranın sədri Cəmil Həsənlini çıxılmaz duruma salıb. Vəziyyətdən çıxmaq üçün çıxış yolları arayan C.Həsənli Ə.Kərimli ilə söhbətlərinin birində Milli Şuranın qapadılması təklifini çatdırıb. Lakin Ə.Kərimli Milli Şuranın bağlanmasına qarşı çıxıb və səbəbini də yayın gəlişi ilə qurumun xətti ilə aksiyaların keçirilməsi istəyi ilə əlaqələndirib. Onu da bildirib ki, USAİD-in bağlanması ilə maliyyə imkanları məhdudlaşsa da, yeni fondlarla əməkdaşlıq əlaqələri qurmaqla Milli Şuraya qrantlar ala biləcəklər. Faktın özü təsdiq edir ki, Ə.Kərimli USAİD-in bağlanmasından sonra ciddi maliyyə itkiləri ilə üzləşsə də, yeni xətlər tapacağına ümidlərini kəsməyib. Həm də görünür ona xaricdən kimlərinsə mesajlar göndərib. Məlum həqiqət ondan ibarətdir ki, Əli Kərimli özünü gah siyasətçi, gah da bloger kimi təqdim etməyə çalışsa da, cəmiyyət onu xaricdəki anti-Azərbaycan qüvvələrin trolu olaraq tanıyır. Sadəcə, Ə.Kərimlinin digər trollardan fərqi ondan ibarətdir ki, xarici maraqlı dairələr birbaşa onunla işləyirlər. Yəni Ə.Kərimliyə maddi yardımlar göstərir və qarşılığında müəyyən işlər tələb edirlər. Bu əməkdaşlıq çərçivəsində Ə.Kərimli hər vəchlə çalışır ki, ətrafına daha çox trol toplaya bilsin. Ədalət naminə demək olar ki, qismən də olsa bu istiqamətdə məqsədinə nail ola bilib. Məram və məqsədlərini anlamayan pul hərisi olan Fuad Qəhrəmanlı, Seymur Həzi, İlham Hüseyn, Natiq Ədilov və digərləri vaxtaşırı olaraq xor dərnəyinin banlayan üzvləri kimi Ə.Kərimlinin şər və böhtan xarakterli paylaşımlarını bəyənir və öz səhifələrində paylaşmaqla dəstəkləyirlər. Nədi-nədi Ə.Kərimli aldığı qrantdan onlara da verir. Bu isə utancvericidir. Çünki özünə hörmət etməyi bacaran şəxs kiminsə tapşırıqlarına boyun əyib, trolluq etməz.

Ə.Kərimlinin cəhdləri uğursuzluğa düçar olur

Bugünkü hər kəsə gün kimi aydın olan reallıq ondan ibarətdir ki, dəstəbaşı Ə.Kərimlinin və trollarının ölkəmizdə təxribatlar törətmək, görülən fundamental sosial, iqtisadi, hərbi, siyasi uğurları heçə endirmək cəhdləri uğursuzluğa düçar olur. Bunu əyani şəkildə azad və demokratik şəkildə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri zamanı görmək mümkün oldu. Boykot iddiaları iflasa uğramaqla bir daha cəmiyyətdə boşboğaz, xarici qüvvələri sözçüsü olduqlarını nümayiş etdirildi. Utanmazcasına seçkidən sonra özlərini seçkiləri yaxından izləyən və seçki prosesi ilə bağlı geniş bilgilərə malik məxluqlar kimi təqdim etməyə çalışdılar. Hətta “nəticləri tanımadıqları” barədə gülüş doğuran absurd iddia ilə çıxış etdilər. Hətta bu yöndə çal-çağır da etdilər. Hərəsi əlinə bir zurna alıb, nəzarətsiz zona hesab olunan sosial şəbəkələrdə statuslar yazdılar, videolar paylaşdılar. Hazırda susublar, danışmırlar. Bu da ondan irəli gəlir ki, konstruktiv mövqeyə malik müxaliflərin onları lağa qoymasından, hətta fitə basmasından nəticə çıxarıblar. Düzdür, onlar ictimai rəyin iradlarından dərs götürən məxluq olmadıqlarını hər zaman nümayiş etdiriblər. Lakin susmaqla, bir növ yanlış yol tutduqlarını nümayiş etdiriblər. Xüsusilə də əksər cəbhəçilərin Ə.Kərimlinin boykot qərarını qınamaları AXCP daxilində ciddi çalxalanmalar yaradıb ki, bu da Ə.Kərimlinin onsuz da ağır olan vəziyyətinin daha da pisləşməsinə təsir edən amillərdən hesab edilir. Susqunluqla daxili vəziyyəti nizamlamağa, bir növ təlatümlü vəziyyəti sakitləşdirməyə ümid edirlər. Ancaq artıq ox yayından çıxıb, hökm sürən ağır vəziyyət AXCP və Milli Şuranın sıradan çıxaması, ən azı digər partiyalara transfer edilməsi ilə nəticələnəcək.

İLHAM ƏLİYEV

Digər xəbərlər