PDF Oxu

Siyasət

  • 1 118

Konstitusiya və Suverenlik İli FOTOLAR

image

Azərbaycanın hərtərəfli inkişafında mühüm mərhələ olacaq

11 aprel 2025-ci il tarixdə YAP Samux rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar “Konstitusiya və Suverenlik İli Azərbaycanın hərtərəfli inkişafında mühüm mərhələ olacaq” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisə olduğunu bildirib. Ölkəmizdə suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinin müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaratdığını qeyd edib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkədə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdiyini vurğulayıb.

Daha sonra YAP Samux rayon təşkilatının əməkdaşı Lalə Məmmədova mövzu ətrafında geniş məruzə ilə çıxış edib.

Dəyirmi masada iştirak edən Samux rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova, Mərkəzi Rayon Xəstəxanası ərazi partiya təşkilatının sədri Səbuhi Mustafayev, Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov və partiya fəalı Günel Əhmədova çıxış edərək Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıdığını, bu qərarın, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addım olduğunu qeyd ediblər.

Sonda yubiley yaşları tamam olduğuna görə ərazi partiya təşkilat sədrlərindən Qələmkar Nəsibova, Muxtar Məmmədov və veteran YAP-çı Gülağa Hüseyinov YAP Samux rayon təşkilatı tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.

Digər xəbərlər