PDF Oxu

Siyasət

  • 2 425

Azərbaycan yeni siyasi nizamda yer tutur - ŞƏRH

image

Son illər ölkəmizin qazandığı uğurlar cəmiyyətin bütün sahələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Ölkəmizin iqtisadiyyatının dinamik artımı, əhalini sosial rifahının yüksəlməsi, dövlətlərarası ikitərəfli əlaqələrin qurulması, dünyaya uğurla inteqrasiya olunması ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq özünü göstərir. 9 aprel 2025-ci ildə ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib. Ölkə başçımız İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında son illərdə əldə olunan uğurlardan və gələcək perspektivlərdən geniş söhbət açıb.

ADA Universitetinin va Beynəlxalq Münasibatlərin Təhlili Markəzinin birgə təşkilatçılıǧı ila “Yeni dünya nizamına doǧru” mövzusunda keçirilən sayca 7-ci ADA Siyasi Forumunda 44 ölkədən 80-dan çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak etdilər. Sayca 7-ci olan bu forum Azərbaycanda hər il keçirilir. Konfransların hamısında beynəlxalq ekspertlər va beyin mərkəzləri qlobal dünyanı narahat edan məsələləri müzakirə edib, təklif və rəylərini səsləndiriblər. Eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn ekspertlər, beyin mərkəzləri Azərbaycan həqiqətləri ilə yaxından tanış olmuşlar. Hər dəfə konfrans iştirakçıları işğaldan azad olunmuş hansısa şəhər və ya rayonumuza səfər edirlər. Bu da erməni vandalizminin dünyaya tanıdılması istiqamətində təqdirəlayiq addım hesab olunur. Forumların ölkəmizdə keçirilməsi həm də Azərbaycanın dünyaya təqdimatıdır. Çünki, Azərbaycan müstəqillik əldə etdikdən sonra müəyyən bir dövr ərzində iri platformalara çıxışının olmaması və ya çıxışının qəsdən məhdudlaşdırılması ciddi fəsadlara yol açmışdı. Lakin cənab prezident İlham Əliyev artıq elə bir geosiyasi reallıqlara nail olub ki, Azərbaycan nəinki qlobal arenaya çıxış imkanını təmin edib, üstəlik özü belə platformanın təşkilatçısıdır.

ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum təkcə növbəti ekspert platforması deyil. Bu tədbir Azərbaycanın yeni qlobal düzənin formalaşmasında fəal iştirak edən subyekt kimi mövqeyini konseptual və simvolik şəkildə ortaya qoyan siyasi akt cayıla bilər. Forum siyasətçiləri, strateqləri, diplomatları və akademikləri bir araya gətirərək təkcə dünyadakı dəyişiklikləri müzakirə etməyi deyil, həm də mürəkkəb tarixi keçmişə malik regionların – o cümlədən Cənubi Qafqazın artıq məsuliyyət, seçim və liderlik zonalarına çevrildiyini nümayiş etdirdi. Prezidentin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda etdiyi çıxış, yalnızca bölgə ölkələrinə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi mesajlar idi. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, Ermənistanla normallaşma prosesinin konturlarını, mümkün sülh sazişinin şərtlərini və regionda gələcək əməkdaşlıq imkanlarını aydın şəkildə ortaya qoyur. Bu çıxış həm də Azərbaycanın geosiyasi baxışının, regional transformasiya layihələrinin və təhlükəsizlik arxitekturasının konturlarını müəyyənləşdirir. Ukraynada müharibə, təkqütblü dünya modelinin çökməsi, enerji və logistika marşrutlarının dəyişməsi ilə daha da güclənmiş geosiyasi qeyri-sabitlik kiçik və orta dövlətlər qarşısında əsaslı bir sual qoydu: bu yenidənqurmanın obyekti olmaq, yoxsa subyekti? Azərbaycan bu paradiqmada birmənalı olaraq subyektdir və ADA-da keçirilən forum bunu bir daha sübut etdi. Məsələn, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər