PDF Oxu

Siyasət

  • 1 072

“Zirvələrə yüksələn zərif insan ömrü”

image

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı, Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar “Zirvələrə yüksələn zərif insan ömrü” mövzusunda tədbir keçirilib.Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.Sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş qısametralı film nümayiş etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi Zərifə Əziz qızı Əliyevanın həyat və fəaliyyəti barədə ətraflı danışıb. O bildirib ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Vurğulanıb ki, alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülüb.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxışında bildirib ki, xalqımızın yaddaşında əbədi qalan, hər zaman böyük hörmətlə anılan görkəmli şəxsiyyətlərdən biri də həkim-oftalmoloq Zərifə xanım Əliyevadır. Qeyd olunub ki, xeyirxahlıq, insanpərvərlik, ziyalılıq kimi yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət olan Zərifə xanım həyatını insanlara xidmətə, elmi axtarışlara və gələcək nəsillərin maarifləndirilməsinə həsr etmişdir. Zərifə xanım həm də qayğıkeş ana, vəfalı bir ömür - gün yoldaşı idi. Zərifə Əliyeva əsl Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə birləşdirərək hər zaman Ulu Öndərə dəstək olmuşdur.
Tədbirdə Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Afiq Fərruxov, həkimlər - Sevda Məmmədova, Məlahət Mustafayeva, Cahanə Xasməmmədova, Gültac Qədimalıyeva Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə bağlı ətraflı çıxış ediblər.

Digər xəbərlər