PDF Oxu

Siyasət

  • 964

Milli Məclisin deputatı şəhid ailəsini ziyarət edib

image

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunda 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş rayonun Seydimli kənd sakini Cavid Rövşən oğlu Səfərovun ailəsini ziyarət edib.

Anar Məmmədov Vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə şəhidlik zirvəsinə ucalan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyib. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmənə ağır zərbə vuran, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla Vətənin bölünməzliyinə imza atan şəhidlərin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Qeyd olunub ki, hər birinin həyatı bir qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər