Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycan Prezidentinin Çinə tarixi səfərini “Moskva-Baku” portalı üçün şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Sergey Aleksandroviç, Azərbaycan Prezidentinin Çinə səfərini necə şərh edə bilərsiniz?
- Azərbaycan üçün belə bir səfər son dərəcə vacibdir, çünki bu, ölkənin beynəlxalq mövqelərini möhkəmləndirir və inkişafına daha böyük təkan verir. Bu gün dünyanın gözü Çindədir. Qərbdə bu, əsas təhlükələrdən biri hesab olunur. Pekinlə münasibətlərin möhkəmləndirilməsi Rusiya üçün son dərəcə vacibdir. Çinin Azərbaycana maraq nümayiş etdirməsi isə Azərbaycanın dünyada artan rolundan xəbər verir.
Təbii ki, strateji tərəfdaşlığa dair hərtərəfli bəyanatın qəbulu İlham Əliyevin Çinə səfərinin əsas nəticəsidir. Sənəd iki ölkə arasında əməkdaşlığın geniş spektrini əhatə edir: ticarət-iqtisadi və nəqliyyat sahələrində, enerji, təhlükəsizlik sahəsində, ərazi bütövlüyünün qarşılıqlı tanınması, daha ədalətli dünya nizamı və beynəlxalq prinsiplərə uyğunluq uğrunda mübarizədə birgə müqavimət göstərməyə hazır olması qeyd olunur, eyni zamanda geopolitik reallıqlar məsələyə son dərəcə mühüm olan müasir yanaşmanı qeyd edir.
Praktiki nöqteyi-nəzərdən Azərbaycanın daha böyük ölçüdə nəhəng Çin bazarını açmaq imkanı var ki, bu da son nəticədə müxtəlif sənaye sahələrinin açılmasını, o cümlədən ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur. Bundan əlavə, Çinlə əməkdaşlıq Azərbaycana böyük sərmayədir.
Azərbaycan Çin üçün maraqlı tərəfdaşa çevrilir. Bu, bir neçə səbəbə görə Çin üçün maraqlıdır. Birincisi, Çin ABŞ-ın tarif müharibələrinə qarşı koalisiya qurmağa çalışır. İkincisi, Çin Avropa ilə strateji müttəfiqlik yaratmağa çalışır. Və burada Azərbaycan Aİ-nin enerji siyasətində liderlərdən biri kimi öz töhfəsini verə bilər. Üçüncüsü, Azərbaycan Çinin çoxqütblü dünya konsepsiyasını dəstəkləyir. Bu o deməkdir ki, Azərbaycan ÇXR-in siyasətini dəstəkləyir ki, müxtəlif xalqlar öz inkişaflarını sürətləndirmək üçün müxtəlif siyasi sistemlərdən istifadə etməlidirlər və onların demokratiya anlayışı ilə bağlı avropalıların və amerikalıların sınağından mütləq keçməli deyillər.
Nəhayət, İlham Əliyevin əvvəllər də Çinə dövlət səfərində olmasına baxmayaraq, bu gün Bakı ilə Pekin arasında münasibətlər daha çox intensivləşib. Bakı üçün bu, beynəlxalq arenada irəliyə doğru böyük sıçrayışı simvollaşdırır.
Təbii ki, çoxqütblü dünya quruculuğu və beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycan ilə Çin arasında qarşılıqlı fəaliyyət Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqelərinin yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
- İlham Əliyev Si Cinpinlə danışıqlar zamanı başqa dillərdə danışmaq imkanı olsa da, rus dilində danışırdı. Belə bir addımın mahiyyəti nədir?
- İlk növbədə Si Cinpin rus dilini yaxşı başa düşür, ona görə deyərdim ki, onları birləşdirən dil rus dilidir. İkincisi, bu, iki ölkə üçün açıq-aydın müstəqillik siqnalı, Qərb üçün bir siqnal idi. Moskvada isə Bakı ilə Pekin arasında belə təmaslar çox müsbət qarşılanır; Onlar Moskvanın strateji maraqlarına cavab verir.
Tərcümə - Elçin Bayramlı