Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlətçilik tariximizdə yeni mərhələ” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov və digərləri bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimi tarixi rolu böyükdür. Natiqlər Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlərdə demokratik prinsiplərin bərqərar olunması, siyasi islahatların həyata keçirilməsi istiqamətində atdığı mühüm addımlardan danışıblar. 1995-ci il noyabrın 12-də qəbul olunmuş yeni Konstitusiya bu islahatların tərkib hissəsi kimi qeyd olunub.
Sonda ərazi partiya təşkilat sədri Sənan Axundov və partiya veteranı Zakir Hacıyev yubileyləri münasibətilə YAP Naftalan şəhər təşkilatı tərəfindən fəxri fərmanla təltif olunublar.