PDF Oxu

Siyasət

  • 951

"Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ

image

"Hindistan və Pakistan arasında hal-hazırda baş verən gərginliyin əsas səbəblərindən biri Hindistandır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.O bildirib ki, bir müddət öncə Kəşmir əyalətində baş verən terror hadisəsindən sonra Hindistan araşdırma aparmadan Pakistanı ittiham etdi: "Pakistanın həmin terror aktı ilə aidiyyatı olmadığı ilə bağlı bəyanatları, onu pisləməsi, eyni zamanda şəffaf araşdırmanın aparılması da qulaq ardına vuruldu. Mediada Hindistan tərəfinin mövqeyinin daha çox işıqlandırılması, şübhəsiz ki, bu məsələdə geosiyasi güclərin də maraqlarının olmasıdır. Belə ki, nəzərə alsaq ki, hal-hazırda Hindistan Qərbin strateji tərəfdaşı sayılır. Pakistanın Çinlə son dövrlər yaxınlaşması strateji tərəfdaşlığı məhz bu məsələdə rol oynayır.Burada əsas səbəb hesab edirəm ki, Hindistanda 11 ildən artıq hakimiyyətdə olan irqçi, islamofob düşüncəli siyasi qüvvələrin avantürasıdır. Belə ki, Baş nazir Modi əslində özünün islamofob və irqçi düşüncələri ilə məşhurlaşan şəxsdir. Məhz onun siyasətinin nəticəsində son 10 ildə Hindistanda müsəlmanların vəziyyəti kifayət qədər ağırlaşıb. Parlamentdə qərar bununla bağlıdır. Eyni zamanda Hindistanda son illər sosial-iqtisadi vəziyyətin gərginləşməsi Modinin nüfuzuna təsir edir və öz nüfuzunu yüksəltmək, diqqəti əsas problemlərdən yayındırmaq üçün belə bir avantüraya ehtiyac var.Faktiki olaraq biz Hindistan tərəfindən davamlı şəkildə eskalasiyanın artırılmasının şahidiyik. Belə ki, Hindistan artıq trans-sərhəd çaylarının suları Pakistana tərəf yönələn hissəsini bağlamaqla Pakistanı su mənbələrinə çəkir. 1960-cı ildə imzalanmış müqaviləyə əsasən trans-sərhəd çayları bərabər şəkildə istifadə edilməlidir. İndiyə qədər hansısa bir gərginlikdən asılı olmayaraq həmin müqavilə işləməkdə davam edir. Amma son dövrlər Hindistan bu təzyiq vasitəsindən istifadə etməklə faktiki olaraq Pakistanın dövlət təhlükəsizliyinə ciddi təhdidlər yaratmış olub.Pakistan da birmənalı şəkildə bildirib ki, məhz bu avantüra, su sazişindən birtərəfli vədə çıxmaq savaş səbəbidir. Ona görə, biz qarşıdakı dönəmlərdə də eskalasiyanın nisbətən artacağını görəcəyik və əgər bu gərginliyin qarşısı alınmasa və geniş miqyaslı hərbi münaqişə baş versə, bu nəinki region, bütün dünya üçün ciddi təhdid anlamı daşıyacaq"."Hal-hazırda bir çox qonşu ölkələr və güclər bu savaşın, gərginliyin yatırıılmasının və münaqişənin qarşısının alınması üçün səy göstərməkdədir. Buna nümunə olaraq İran Xarici İşlər Nazirliyinin Pakistan və Hindistana gözlənilən səfəri də bu kateqoriyadandır. Nəzərə alsaq ki, tərəflər özlərinin əsas strateji tərəfdaşları ilə artıq bu məsələləri müzakirə ediblər. Pakistanın tərəfdaşı olan Çin isə Pakistanın suverenliyini tam şəkildə dəstəkləyir. Müəyyən yardım da artıq olub. Xarici İşlər Nazirliyi ilə, Amerika dövlət katibi ilə telefon danışığı olub və bu danışıqda tərəflər dialoqa dəvət edilib. Hər halda qarşıdakı günlərdə bu məsələ ilə bağlı biz ciddi məsələlərin şahidi ola bilərik.Azərbaycanın mövqeyinə gəldikdə isə Azərbaycan Pakistanın strateji tərəfdaşıdır. Pakistan Azərbaycanın hər zaman birmənalı şəkildə ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Biz də Azərbaycan olaraq Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik. Bununla bağlı rəsmi mövqeyimiz var. Bu gərginlik başlayanda Azərbaycan Xarici İşlər Nazirliyi tərəfləri gərginliyi azaltmağa və dialoqa üstünlük verməyə çağırır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər