20.05.2025-ci il tarixdə "Səhiyyə" ərazi partiya təşkilatında YAP Qobustan rayon təşkilatının yaranmasının 30 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Əvvəlcə Partiyamızın yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə ərazi partiya təşkilatının sədri Günay Muradova, partiya fəallarından Xəzər İsmayılov çıxış etmişlər.
Tədbirdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov geniş məruzə ilə çıxış etmişdir.
Sonda uzun illər RMX PHŞ-də çalışmış Valeh Əhmədov 70 illik yubileyi münasibətilə rayon təşkilatının Fəxri Fərmanı və xatirə hədiyyəsi ilə, partiya fəallarından Səid Rəhimov, Xəzər İsmayılov və Sahibə Bağırova rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edilmişlər.