İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.
Dövlətimizin başçısı çıxışında belə bir mühüm tədbirin üçüncüdəfədir ki, Qarabağda keçirildiyini, Şuşa Media Forumunun artıq ənənəvi xarakter aldığını,bu ənənənin davam edəcəyinə ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev sualları cavablandırarkən ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -COP29 –a toxunaraq bunun, ölkəmizdə ilin tədbiri olduğunu qeyd edib. Tədbirə təxminən 200 ölkədən nümayəndənin gəldiyini, onların sırasında 70 dövlət və hökumət başçısı olduğunu diqqətə çatdırıb. Ölkə başçısı bunun, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdiyini bildirib.
Dövlətimizin başçısı çıxışında işgaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa quruculuq işlərindən bəhs edib, quruculuq işlərində Azərbaycana dəstək olan qardaş ölkələrin prezidentlərinə təşəkkürünü bildirib.
Azərbaycan ilə Çin arasındakı mövcud münasibətlərə toxunan Prezident İlham Əliyev iki ölkə arasında imzalanan sənədlər, “Strateji tərəfdaşlıq haqqında”,“Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatlar”dövlətlərarası münasibətlərin ən yüksək formalarını əks etdirdiyini vurğulayıb. Ölkə başçısı əlavə edib ki, münasibətlərimiz çox möhkəmdir. Həm dövlət başçıları, həm də nazirlər səviyyəsində çox fəal siyasi dialoq aparılır. Çinin müxtəlif regionları ilə də çox sıx əməkdaşlıq qurulub. Artıq Çində Azərbaycanın bir neçə ticarət evi fəaliyyət göstərir. Bu istiqamətdə böyük perspektivlər görürük.
Dövlət başçısı həmçinin ABŞ-Azərbaycan əlaqələrinə də münasibət bildirib. Yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərininin yüksək səviyyəyə qaldıracaq mühüm hadisələrin olacağını bildirib.
Avropa İttifaqı ilə əməkdaşlqla bağlı sualı cavablandıran Prezident İlham Əliyev bildirib ki, 2021-ci ildə biz energetika sahəsində strateji tərəfdaşlıq haqqında sənəd imzaladıq və o zaman biz ixracımızı 8 milyarddan 13 milyard kubmetrə qaldırdıq. “Bu gün 12 ölkəyə qaz ixrac edirik. Onların 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür”- deyən dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanı etibarlı və ümum-Avropa qaz təchizatçısı adlandırdığını vurğulayıb. Planın 2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaq olduğnu diqqətə çatdıran ölkə başçısı bu gün Azərbaycan 25 milyard kubmetr ixrac edirsə, o zaman üçün təqribən 33 milyard kubmetr təşkil edəcəyini söyləyib.
Prezident İlham Əliyev çıxışında Azərbaycan Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə də toxunub.Sülh müqaviləsinin mətninin artıq razılaşdırıldığını qeyd edən ölkə başçısı məhz Azərbaycanın sülh prosesinin təşəbbüskarı olduğunu diqqətə çatdırıb.Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması, - həll edilən kimi sülh müqaviləsinin imzalana biləcəyini vurğulayıb.
Dövlət başçısı mətbuatımızın gələcəyi ilə bağlı sualı da cavablandırıb. Azərbaycan mediasının inkişafı onu çox sevindirdiyini, bu gün mediamızın nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazandığını bildirib. Azərbaycan mediasının dövlət maraqlarını qorumağa qadir olduğunu söyləyib. Prezident İlham Əliyev mediamızınAzərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə etdiyini söyləyib. Dövlət başçısı əlavə edib ki, mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri