Keçirilən görüşlər, səslənən bəyanatlar Vladimi Putinin məqəsəd və hədəflərindən yayındıra bilməyəcək
ABŞ Prezidenti Donald Trampla Rusiya president Vladimir Putin arasında Alyaskanın Ankoriç şəhərində keçirilən görüş müharibənin dayandırılmasına zəmin yaratmadı. Çünki görüşdən sonra məlum oldu ki, V. Putinin iddialı tələbləri və şərtləri olduğundan müharibədə atəşkəsin əldə olunması barədə razılığa gəlinməyib. Putinin Alyaskada keçirilən görüşdə Trampdan Ukraynada rus dilinə rəsmi status verilməsi ilə bağlı təminat istəyib. Bundan başqa, o, pravoslav kilsələrinin təhlükəsizliyinin təmin edilməsini şərt olaraq irəli sürüb. Eyni zamanda V.Putinin Ukraynanın NATO –ya üzvlüyünün tamamilə radan qaldırılmasının tələb edib. Ukrayna Konstitusiyanın 10-cu maddəsinə əsasən, Ukraynanın dövlət dili yalnız Ukrayna dilidir. Yəni rus dili ölkə ərazisində heç bir xüsusi statusa malik deyil. Bu isə Putinin tələbinin indidən reallaşmasının qeyri-mümkün olduğunu deməyə əsas verir. Bunla yanaşı danışıqlarda atəşkəsin əldə olunmasında razılıq əldə olunmayıbsa və Zeliniskinin də iştirakı ilə üçtərəfli görüşün baş tutmasına problemlər yaranıbsa, deməli Alyaska görüşü nəticəsiz qalıb. Baxmayraq ki, hər iki tərəf görüşün faydalı olduğunu bidirirlər. Hətta Ankoricdə Rusiya-ABŞ görüşünün yekunları üzrə keçirilən görüşdə V. Putin bildirib ki, ABŞ lideri Donald Trampla Alyaskada baş tutan danışıqlar bizi lazımi qərarlara yaxınlaşdırır. V.Putin iddia edib ki, , səfər vaxtında və çox faydalı olub: “Biz qarşılıqlı fəaliyyətimizin demək olar ki, bütün sahələri haqqında, lakin ilk növbədə, təbii ki, Ukrayna böhranının ədalətli əsaslarla mümkün həllindən danışdıq".
O qeyd edib ki, Trampla görüşdə Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyini sakit və əsaslı şəkildə ifadə etmək imkanı olub. "Söhbət çox səmimi, məzmunlu olub və fikrimcə, bu, bizi lazımi qərarlara yaxınlaşdırır" deyə Rusiya prezidenti bildirib.
Ukrayna sərhəd dəyişikliyini qəbul etməyəcək
Diqqətçəkən məqam ondan ibarətdir ki, Putinlə Tramp arasında Alyaskada baş tutan görüşə Ukrayna prezidenti dəvət olunmayıb. Səbi isə müəmmalı görünsə də, siyasi şərhçilər görüşə Zelinkinin qatılmasını əngəlləyən Putin olub. Rusiya prezident onun sərhəd bilməyən iddialarına qarşı sərt təbki göstərən Zelinkini eyni masada görmək istəməyib. Ancaq bu arada yayılan məlumatlara görə, Tramp Putini üçtərəfli görüşün keçirilməsinə razı salıb. Bu baxımdan da yaxın iki həftə ərzində Putin-Tramp-Zeliniski üçtərəfli görüşünün keçiriləcəyi barədə Kremlə yaxın KİV-lər tərəfindən xəbərlər tirajlanır. Görüşlə bağlı yayılan məlumatları Almaniya Kansleri Fridrix Mertsi də təsdiqləyib və bildirib ki, görüşün yeri hələ müəyyən edilməyib. Fridrix Mertsi belə bir sammitə yaxşı hazırlaşmağın vacibliyini də qeyd edib.
Fransa prezidenti Emmanuel MakronLCI telekanalı tərəfindən yayımlanan müsahibəsində Putinin Ukraynadakı müharibəni bitirməyə hazır olduğuna şübhə ilə yanaşdığını bildisədə görüşlə bağlı fərziyyələrini irəli sürüb. Bildirib ki, Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar Avropada, xüsusən də Cenevrədə keçirilməlidir: “Bu, fərziyyədən daha çox, hətta kollektiv iradədir. Bu, neytral ölkə olacaq, ona görə də İsveçrə ola bilər, mən Cenevrənin və ya başqa ölkənin tərəfdarıyam. Sonuncu dəfə ikitərəfli müzakirələr İstanbulda olub”.
Ağ Ev də D.Tramla -Zeliniski arasında keçirilən növbəti görüşün 6 ay öncə baş tutan görüşdən fərqli olduğunu siyasi şərhçilər də dilə gətirirlər. Yəni bu dəfə ABŞ-ın prezidenti və vitse-prezideti Ağ Evə gələn ali qonağa hörmətsizlik göstərməyiblər. Sadəcə bu dəfə ki, görüş də D.Tamp Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün Zelinsikiyə özünün və dövlətinin maraqlarını diktə etməyə çalışıb. Zelinski isə bu tələbləri susmaqla cavab verməyə məcbur olub. Çünki hazır ki, məqamda onun başqa çıxış yolu da yoxdur. Bununla belə Zelinski Ukraynanın sərhədlərinin dəyişdirilməsi ilə barışmayacaqlarını və bu yöndə irəli sürülən istənilən şərtləri rədd edəcəklərini bildirib. Eyni zamanda
Zelenski Trampa və Avropalı müttəfiqlərinə Ukraynanın NATO-nun xüsusi mexanizmi vasitəsilə aldığı silahlara görə təşəkkür edib.
NATO-nun baş katibi və Avropa ölkələrinin rəhbərlərinin iştirakı ilə keçirilən sammitdən sonra D.Tramp bildirib ki, Ukrayna və Rusiyadan olan əsirlərin mübadiləsi ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşündən sonra baş tuta bilər. Onun sözlərinə görə, Rusiya Ukrayna üçün təhlükəsizlik zəmanətlərini qəbul edəcək, lakin hələlik tərəfdaşlar “kimin nə edəcəyini” müzakirə etməlidirlər. “Mən bilirəm ki, orada mindən çox məhbus var və bilirəm ki, onları azad edəcəklər... Yəqin ki, onları tezliklə azad edəcəklər – dərhal kimi”.
Tramp bildirib ki, Vladimir Putinlə Alyaskada keçirilən sammit onun sülhün “əlçatan” olduğuna inamını gücləndirib. Onun sözlərinə görə, Putin Rusiyanın Ukrayna üçün təhlükəsizlik zəmanətlərini qəbul edəcəyi ilə razılaşaraq “əhəmiyyətli addım” atıb. Bu, Avropa liderlərinin və Ukrayna prezidentinin görüşdə çıxış edəcəyi “əsas məqamlardan” biridir. Tramp əlavə edib ki, onlar “kimin nə edəcəyini” müzakirə edəcəklər.
O, qrupun Ukraynaya qarşı gələcək təcavüzün qarşısını alacaq razılığa gələ biləcəyi ilə bağlı nikbinliyini ifadə edib: “Düşünürəm ki, Avropa ölkələri böyük yükü öz çiyinlərinə götürəcək. Biz onlara kömək edəcəyik”. D. Tramp Ukrayna xalqı üçün təhlükə hesab olunan “mümkün ərazi mübadiləsi”dən də danışıb və bildirib ki, gələcək görüşlərdə bu məsələ müzakirə olunacaq.
Ağ Ev də olan NATO-nun baş katibi Mark Rütte və Avropa ölkələrinin rəhbərləri də ərazi dəyişikliyinin qəbuledilməz olduğunu söyləyiblər. NATO-nun Baş katibi Mark Rütte “Fox News”a müsahibəsində bildirib ki, onlar Ukrayna sərhədlərinin yenidən cızılması məsələsini müzakirə etməyiblər: “ Bu Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın da iştirak edəcəyi üçtərəfli görüşdə qaldıracağı məsələdir. Biz bu gün bunu müzakirə etməmişik. Ərazi məsələsinə gəldikdə, Ukrayna Prezidenti bunu üçtərəfli formatda və yəqin ki, bundan sonra Vladimir Putinlə keçiriləcək daha çox danışıqlarda müzakirə etməlidir. Bu gün liderlər arasında anlaşma ondan ibarət oldu ki, hər hansı bir ərazinin müzakirə edilməsi üçün təhlükəsizlik zəmanəti olmalıdır və hər bir ölkə bu təminatların nə demək olduğu barədə razılığa gəlməlidir”.
Üçtərəfli görüşün baş tuta biləcəyi inandırıcı görünmür
ABŞ və Avropa rəsmiləri üçtərəfli görüşün keçiriləcəyinə dair açıqlamalar yayırlar. Lakin arzuedilən görüşün baş tuta biləcəyinə ümidlər azdır. Çünki Rusiya prezident V. Putin hələ müharibənin əvvəlində bəyan etmişdir ki, o heç bir hal da düşmən hesab olunan Zelinski ilə görüşməyəcək. Bunu Türkiyədə baş tutan Rusiya-Ukrayna görüşlərində də təsdiqləmişdir. Baxmayaraq ki, Türkiyə görüşləri öncəsi belə bir məlumatlar yayılmışdır ki, Putin ikitərəfli görüşə qatılacaq. Hətta görüşdə iştirak etmək üçün Zeliniski Türkiyəyə səfər etmişdir. Lakin biz yazarların da proqnozlaşdırdığı kimi Putin görüş yerinə gəlmədi. Bu baxımdan Putin yenə də vədinə əməl etməyəcək. Yenə də D.Tramın və Avropa liderlərinin arzuetdikləri görüşün keçirilməsinə dəstək verməyəcək. Bununla da Putin bir daha dünya birliyi ilə sadəcə görüntü xatirinə görüşlər və danışıqlar apardığını nümayiş etdirəcək. Əslində isə onun məkrli niyyəti və məqsədi dəyişməzdir: Ukraynanı tam şəkildə işğal edib, öz hikkəsini və iddiasını reallaşdırmaqdır. Ən azı Ukrayna itirmiş olduğu torpaqlardan imtina etdiyini bəyan etməklə, təslim olduğunu bəyan edib, ağ bayraq qaldırmalıdır. Ancaq görünən ondan ibarətdir ki. Ukrayna xalqı və onun lideri təhqiredici məğlubiyyəti qəbul etmək fikrində deyillər. Digər tərəfdən Ukrayna xalqı heç bir hal da torpaqlarının işğala etməsi ilə barışmayacaqlar. Bu isə müharibənin davam edəcəyinə işarədir. Qanlı savaş isə 2030-cu ilə qədər dayanmayacaq. Yalnız Rusiya iqtisadi, siyasi, hərbi cəhətdən çökəcəyi və ya ciddi şəkil də hakimiyyət dəyişikliyi ilə üzləşəcəyi halda müharibə müvəqqəti atəşkəslə əvəzlənə bilər.
D.Trampın sosial mediada yazdığı status diqqəti çəlb edir. ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə “yaxşı” görüş keçirdiyini və Rusiya prezidenti Vladimir Putinlə Zelenski arasında görüş, habelə üçtərəfli görüşün təşkili üzərində çalışdığını bildirib. O Ağ Evdə hörmətli qonaqlarla çox yaxşı görüş keçirib: “Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Finlandiya prezidenti Aleksandr Stubb, İtaliyanın baş naziri Giorgia Meloni, Böyük Britaniyanın baş naziri Key Starmer, Avropa Komissiyasının kansleri Ursula fon der Leyen və NATO-nun məxfi görüşündən sonra baş nazir Rupt. Oval ofis."
Tramp qeyd edib ki, həmin görüşlərdən sonra o Putinə zəng edib: “Bu görüşdən sonra iki liderin və mənim iştirak edəcəyimiz üçtərəfli görüşümüz olacaq. Yenə də demək olar ki, dörd ilə yaxındır davam edən müharibəni bitirmək üçün bu, çox yaxşı, erkən addımdır”.
Tramp nəzərdə tutulan görüşün nə vaxt keçiriləcəyini açıqlamayıb, baxmayaraq ki, media Zelenski ilə Putin arasında görüşün avqustun sonunda baş tuta biləcəyini yazır.
ABŞ prezidenti bildirib ki, görüşlərində Ukrayna üçün təhlükəsizlik təminatları müzakirə edilib və bu zəmanətlər “müxtəlif Avropa ölkələri tərəfindən Amerika Birləşmiş Ştatları ilə koordinasiya əsasında təmin olunacaq.
Bütün bunlar onu deməyə əsas verir ki, həqiqətən də ABŞ və Avropa müharibənin dayandırılmasını istəyirlər. Çünki iqtisadi tənəzzül Avropa üçün ağır sosial-iqtisadi problemlər yaradıb. Müharibənin davam etməsi isə problemlərin daha da ağırlaşmasına gətirib çıxarır. Müharibə dayandırılarsa maliyyə yükləmələrdən azad olunmaq imkanı yarana bilər. Lakin V. Putin istər Avropanın, istərsə də ABŞ-ın oyun qaydalarını özünün işğalçı siyasətini davam etdirməklə pozmaqdadır. Bu vəziyyətin nə qədər davam edəcəyini demək çətin olsa da aydın olana bir məsələ Rusiya prezidenti V.Putin əcdadları kimi uşaqları, qocaları, qadınları, ümumilikdə dinc mülki insanları öldürməkdən, şəhərləri, kənd və qəsəbələri xarabazarlığa çevirməkdən zövq alır. Belə bir məxluqa insan demək olarmı, əsla.
İLHAM ƏLİYEV