02 oktyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında təşkilatın “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Gənclərin inkişafında Heydər Əliyev irsi” mövzusunda növbəti seminarı keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev çıxış edərək ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətləri olan dahi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb. O, gənc nəslin düzgün formalaşmasının ölkə siyasətində önəmli yer tutduğunu qeyd edərək, bildirmişdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi bütün sahələrdə özlərini doğruldurlar.
Masallı Dövlət Regional Kollecinin əməkdaşı Humay Əliyeva çıxış edərək Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən, xüsusilədə gənclərin inkişafına göstərdiyi diqqət və qayğıdan eləcədə Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri ilə yadda qalmış Ümumilli Lider Heydər Əliyevin yalnız müstəqilliyin qorunması və möhkəmləndirilməsi ilə deyil həm də gələcək nəsillərin-gənclərin inkişafı ilə bağlı uzaqgörən siyasətindən bəhs etmişdir.
Tədbirdə gənc partiya fəallarından Rəmzi Şahverdiyev, Gülər Piriyeva və başqaları çıxış edərək Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin rolundan danışaraq, Azərbaycan gənclərinin hərtərəfli inkişafına nail olmaq məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıblar.