PDF Oxu

Siyasət

  • 687

YAP Yasamal rayon təşkilatında iclas keçirilib

image

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illiyinə həsr olunmuş idman yarışlarının (minifutbol, şahmat və dama) keçirilməsi ilə əlaqədar iclas keçirilib.

İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun müdiri İlham Səfərov, YAP Yasamal rayon təşkilatı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, Yasamal rayonunda yerləşən təşkilat və müəssisələrin nümayənədləri, idman klublarının rəhbərləri iştirak edib.

İştirakçıları salamlayaraq iclası açıq elan edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ilk öncə “Konstitusiya və Suverenlik ili”, Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü və Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illiyi və onların əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, bu yarışlar Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmaqla dövlətçilik ideallarının, milli birliyin və elm-idman həmrəyliyinin təntənəsini ifadə edir. Yarışların təşkilində məqsəd Yasamal rayonunda yerləşən təşkilat və müəssisələrdə çalışanların vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi və ictimai fəallığın artırılmasıdır. Yarışların yüksək səviyyədə təşkili üçün lazımi təşkilati tədbirlər görülür, şəffaf və obyektiv qiymətləndirmə mexanizmləri müəyyən edilir. Əsasnamədə iştirak qaydaları, yarışların mərhələləri, qaliblərin müəyyənləşmə prinsipləri və mükafatlandırma sistemi aydın şəkildə öz əksini tapıb. Bu, həm də təşkilat və müəssisələrdə çalışanların intizam, məsuliyyət və komanda ruhu kimi mühüm dəyərləri mənimsəməsinə xidmət edir. İdman tədbirləri cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirərək milli həmrəyliyin və vətəndaş birliyinin təbliğinə töhfə verir. Yarışların keçirilməsi dövlətimizin sosial-siyasi həyatında idmanın rolunun gücləndirilməsinə və sağlam nəsil yetişdirilməsinə yönəlmiş siyasətin bariz nümunəsidir.

Sonra çıxış edən Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun müdiri İlham Səfərov və AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov qeyd ediblər ki, keçiriləcək idman yarışları “Konstitusiya və Suverenlik İli”nin ruhuna uyğun olaraq milli həmrəyliyin, vətənpərvərliyin və sağlam həyat tərzinin təbliğinə xidmət edir. Yarışların Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və AMEA-nın 80 illiyinə həsr olunması tədbirə xüsusi mənəvi dəyər qazandırır. Bu idman yarışları Yasamal rayonunda yerləşən təşkilat və müəssisələrdə çalışanların fiziki və mənəvi inkişafına, onların vətənə bağlılıq hisslərinin güclənməsinə yönəlib. Təşkilati baxımdan tədbir yüksək səviyyədə hazırlanıb, şəffaflıq və obyektivlik prinsiplərinə əsaslanır. Yarışların əsasnaməsində iştirakçıların hüquq və vəzifələri, mərhələlər və qiymətləndirmə qaydaları aydın şəkildə müəyyənləşdirilib. İdmanın inkişafı, cəmiyyətdə sağlam rəqabət və birlik mühitinin formalaşması bu yarışların əsas məqsədlərindəndir. Ümumilikdə, tədbir dövlətçilik dəyərlərinin və Zəfər ruhunun gənc nəslə aşılanması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sonda təşkilati məsələlərə baxılıb, iclas iştirakçılarının sualları cavablandırılıb, təkliflər dinlənilib.

Yarışlarda iştirak edəcək komandalara uğurlar arzu edirik!

Digər xəbərlər