PDF Oxu

Siyasət

  • 470

Humanitar fəlakətin səssiz tərəfi

image

Füzuli rayonu işğaldan azad edilən ilk bölgələrdən biri olsa da, burada minalarla bağlı vəziyyət olduqca kritik olaraq qalmaqdadır. Minalanmış sahələrin genişliyi və minaların müxtəlifliyi bu rayonu əsl mina xəritəsinə çevirib. Ermənistan tərəfi işğaldan sonra Füzuli rayonunu təkcə hərbi deyil, həm də humanitar baxımdan yaşanmaz hala gətirmək məqsədilə planlı şəkildə minalayıb. Xüsusilə yaşayış məntəqələrinə, məktəblərin və evlərin həyətlərinə, kənd yollarına, qəbiristanlıqlara, su kanallarına və hətta ağaclıqlara qədər mina basdırılması bu terror taktikasının göstəricisidir. Minalar təkcə insan həyatını deyil, həm də ətraf mühiti, kənd təsərrüfatını və infrastrukturun bərpasını birbaşa təhlükə altına alır. Füzulidə mina partlayışları nəticəsində çoxlu sayda mülki və hərbi şəxs həlak olub, bir çox insan isə ömürlük əlil qalıb. Bu faciələr Azərbaycan cəmiyyətinə dərin psixoloji təsir göstərib və bölgəyə köçürülən insanların təhlükəsizliyi baxımından ciddi problemlər yaradıb. Füzuli rayonu bərpa olunmaqda və qurulmaqda olan bir ərazi olsa da, minalarla mübarizə prosesi bu quruculuğu yavaşladır. Bu səbəbdən Füzuli rayonu həm hökumət, həm də beynəlxalq minatəmizləmə təşkilatları üçün prioritet bölgə kimi tanınır. Bu humanitar problem hər gün insanların həyatına birbaşa təhdid olaraq qalır və bu istiqamətdə aparılan tədbirlərin daha da sürətlənməsi vacibdir.


Mübariz Rüstəmov
YAP Laçın rayon təşkilatının 55 saylı ƏPT-nin sədri

Digər xəbərlər