12.11.2025-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun İnəkboğan kənd sakini Allahverdiyev Turxan Rəsul oğlunun və Qarıkənd kənd sakini Həsənov Etibar Ələddin oğlunun beşinci ildönümləri münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşları, Gədəbəy Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs nümayəndəsi, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarları ziyarət olundu, ruhlarına dualar oxundu, əziz xatirələri böyük ehtiramla yad edildi.
Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdilər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!